Çilili hərbçilər, UFO-nun əks olunduğu gizli videoları təqdim ediblər

08.05.2017 0 PAYLAŞIM 5844 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çili səmalarında o qədər tanınmamış uçan obyektlərə rast gəlinir ki, hətta onların müşahidəsi üçün xüsusi komissiya belə yaradılıb.

Bir neçə müddət bundan öncə mütəxəssislər, UFO-nun qeydə alındığı videonu təqdim etmişdilər. Tanınmamış uçan obyektlərin müşahidəsilə, Atmosferdə anomal hadisələrin tədqiqatı komissiyası (CEFAA) məşğul olur. Bu dövlət təşkilatı, Çilinin Hərbi Hava Qüvvələrinin yurisdiksiyası altında Mülki aeronavtika departamentinə daxildir. Onun saytında UFO ilə qarşılaşma barəsində bir çox foto və videolar mövcuddur. CEFAA-ya bu barədə daxil olan hər bir məlumat diqqətli şəkildə müşahidə olunur. Bəzən mütəxəssislər həmin məlumatlarda tanınmamış obyektlər aşkar edirlər. 2014-cü ildə hərbi pilotlar tərəfindən təqdim edilmiş videonun analiz olunmasından sonra mütəxəssislər qənaətə gəliblər ki, videodakı obyekt həqiqətən də UFO-dur. Anlaşılmayan uçan obyekt 11 Noyabr 2014-cü il tarixində hərbi pilotlar tərəfindən Santyaqonun qərb hissəsinin patrulu zamanı görülüb. Hadisə ilə bağlı hesabatda qeyd olunub ki, obyekt, iki hərarət mərkəzli hamar və uzun olub. Yerdəki radarlar onu aşkar edə bilməyiblər. Heç yerdən birdən peyda olmuş obyekt ani şəkildə yoxa çıxıb. Hesabat nəticəsində komissiya, obyekti tanınmamışlar siyahısına daxil edib.