main-post-cover

    Çin artıq "Apple"ın ən böyük müştərisidir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    App Store, "Apple”ın ən böyük gəlir qaynaqlarından birini hazırlayır. "Apple”ın üçüncü rüb hesabatına görə şirkət App Storedan son rübdə 1.7 milyard dollar gəlir əldə etmiş vəziyyətdədir.

    Üstəlik bu gəlir qarşılığında "Apple"ın nəhəng logistika əməliyyatlarını, təmir mərkəzlərini idarə etməsi lazım deyil.
    Telefon satışının əksinə, App Store-dan gələn pul tam mənası ilə "qılçıqsız pul” olaraq görülür. Gəlirin böyük qismi, bütün yükü üstlənən əməliyyat sistemi proqramçılarının gəlirlərindən alınan komissiyalardan ibarətdir.
    Apple bugünədək App Store-da ən böyük gəliri ABŞ-dakı istifadəçilərdən əldə edirdi. Ancaq yeni açıqlanan üçüncü rüb hesabatı artıq Çindəki istifadəçilərin ABŞ-ı keçdiyini ortaya qoyur.
    Üstəlik Çindəki istifadəçilərin App Store-a olan marağının artış sürəti də diqqət çəkir. Çin artıq iki il əvvələ görə App Store-da 5 dəfə daha çox pul xərcləyir.
    Bir digər deyimlə, Çinlilər iOS tətbiqləri satın almaq üçün Apple-a yığın-yığın pul tökürlər. Bu böyük artımın ardında isə mobil oyunlar yatır. Çin istifadəçilərinin iOS oyunlarına böyük maraq göstərdikləri diqqət çəkir.
    Çin rəhbərliyi bu il başında App Store-un Çindəki fəaliyyətlərinə mənfi təsir edəcək qərarlar almışdı və bunun üzərinə hissədarlardan ağır tənqidlər alan Tim Kuk təcili olaraq Çinə gedərək hökümət rəhbərliyi ilə görüşməli olmuşdu.
    Tim Cook-un o təşvişinin səbəbi, üçüncü rüb hesabatları ilə daha dəqiq anlaşılmış oldu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər