main-post-cover

    Çinli telefon istehsalçısı LeEco modeli ilə 2 saat ərzində satış partlayışı etdi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çinli şirkət LeEco keçən həftə təqdim etdiyi 3 ağıllı telefonunu satışa çıxarması ilə sözün əsl mənasında partlayış edib.

    LeEco - Le 2, Le 2 Pro və Le Max 2 modelləri ilə Çində satışa çıxar çıxmaz 2 saat ərzində 1 milyon ədəd satıldı. Fərqli prosessor və RAM göstəricilərinə sahib olan bu modellər istər dizayn, istərsə də texniki xüsusiyyətləri ilə rəqiblərə meydan oxuyur. Aşağı qiymet ilə təklif olunan bu model SamsungApple'a göz dağı verəcək bir səviyyədə satış etməyi bacarıb. Yalnız Çində satışa çıxarılaraq cəmi 2 saat ərzində 1 milyondan çox satılması bu modelin dünya bazarına çıxarıldığı anda satışlarının necə olacağını sual altında qoyur. Hal hazırda rəsmi məlumat olmasada böyük ehtimalla sözü gedən firma telefon satışlarında ilk dəfədən rekorda doğru gedir. 3.5mm qulaqlıq girişinin olmaması, telefonun dar ekran çərçivəsinin olması, yüksək performansı və uyğun qiyməti ilə insanların marağını cəlb edən Çin canavarı bazara uğurla daxil oldu deyə bilərik. Bir neçə saat əvvəl Apple 2016-cı ilin birinci rübü üçün açıqladığı aşağı satış göstəricilərindən sonra eyni zamanda Huawei'nin dünya bazarında mobil telefon satışlarında 3-cü yerə qalxması Çin firmalarının düyna bazarına sürətlə girişindən xəbər verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər