main-post-cover

    Çindən növbəti internet qadağası. Canlı yayımda banan yemək olmaz!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çində qoyulan bir qadağaya görə internet üzərindən edilən canlı yayımlar zamanı ağılları başdan alacaq şəkildə banan yeməyə qadağa qoyulub.


    Xüsusilə internetə qadağa qoyulmaları ilə fərqlənən şərq ölkələrindən biri də Çindir. Doğrudur, Şimali Koreyaya bu mövzuda çata bilməsə də facebook və digər internet resurslarına qadağa qoyan Çin, öz yerli şəbəkələrinə üstünlük verərək məlumatları daxilində saxlamağın tərəfini tutur. Bu dəfə ki, qadağa isə bir qədər qəribə görünür. Lakin qadağaya detallı nəzər saldıqda Çin hökumətini də haqsız saymaq olmaz. Yeni qadağaya əsasən internet üzərindən edilən canlı yayımlar zamanı banan yeyilməsi qadağan olunub. Xüsusilə qızların bananı cəlbedici və başdan çıxarıcı bir şəkildə yemələri onlara xeyli izləyici kütlə qazandırırdı. Amma Çin hökuməti bunu pornoqrafik görüntü kimi dəyərləndirir. Qadağanın səbəbi isə həmin yayımları izləyən kütlənin 26%-i 18 yaşından az olan insanlar olmasıdır. Bundan əlavə canlı yayımda neylon corab və garter corab geyinmək qadağan olunub. Bütün bunların isə yeganə səbəbi xanımların canlı yayımda izləyici yığmaq üçün bədənlərindən və intim hissləri oyatmaq bacarıqlarından istifadə etmələridir.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər