main-post-cover

    Çinin taksi xidməti Didi, 5.5 milyard dollar alaraq ən bahalı ikinci startap adını aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Çinin ən böyük taksi xidməti olan Didi Chuxing, 5.5 milyard dollar investisiyanın cəlb olunduğunu təsdiqlədi.

    Şirkətin hal-hazır ki, qiyməti açıqlanmasa da bir sıra mənbələrdən əldə olunmuş məlumatlara əsasən onun qiyməti 50 milyard dollara çatıb. Beləliklə Didi öz rəqibi Uber-dən sonra dünyada ikinci ən bahalı startap adına sahib olub. Yeni investisiya raundunda "Silver Lake Kraftwerkadlı şirkət yeni investor kimi çıxış edib. Həmçinin investisiya raundunda Didi-nin keçmiş investorları da iştirak ediblər. Onların arasında "Softban Group”, "China Merchants Bank"Bank of Communicationsşirkətləri var. Qeyd etmək lazımdır ki, investorların siyahısında "Apple” şirkətinin adı keçməyib. Belə ki, "Apple”, Didi-yə 1 milyard dollar investisiya etmişdi.
    Həmçinin nəzərə almaq lazımdır ki, Didi-nin yeni müqaviləsi, Uber-in çətin zamanlarının fonunda reallaşdırılıb. Belə ki, son zamanlarda Uber-in öz sürücülərinə, müştərilərinə qarşı aqressiv yanaşması və aşağı keyfiyyətli biznes-strategiyası səbəbindən bir çoxları Uber-ə öz narazılıqlarını bildiriblər. Bu cür hallardan isə onun rəqibləri olan Lyft, Gett və Didi istifadə edə bilərlər. Həmçinin bir müddət bundan öncə Didi, Uber-in Çin biznesini almışdır. Crunchbase-in baza məlumatlarına əsasən yeni investisiya raundu ilə birlikdə Didi indiyənə kimi ümumilikdə 13 milyard dollar investisiya cəlb edib. Uber isə ümumilikdə 8.81 milyard dollar investisiya cəlb etmişdi. Bundan əlavə olaraq yeni investisiya raundunda cəlb olunmuş vəsait çox güman ki, startap tarixində ən böyüyü hesab olunur. Belə ki, bundan öncəki lider olmuş Uber vaxtı ikən investisiya raundunda 5 milyard dollar investisiya cəlb etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər