Civilization VI rəsmi olaraq anons olundu

Civilization VI rəsmi olaraq anons olundu

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Biraz öncə 2K Games şirkəti rəsmi olaraq Civilization VI oyununu anons etdi. Oyun həmişəki kimi Firaxis Games studiyası tərəfindən hazırlanır. Anons olunmuş yeni oyunda oyunçular yenidən komandir rolunda çıxış edərək daş dövründən başlayaraq informasiya dövrünə kimi çox əsrlərlə qala biləcək və zamanın dəyişikliklərinə tab gətirə biləcək imperiya qurmalı olacaqlar. Studiyanın verdiyi məlumata əsasən Civilization VI yeni xüsusiyyətləri ilə keçmiş oyunlardan fərqlənəcək. Məsələn bu dəfə şəhərlər böyüyərək xəritədə daha çox yer tutacaqlar. Oyunçunun qəbul edəcəyi qərarlar isə sivilizasiyanın elmi tədqiqatlarına və mədəniyyat inkişafına öz təsirini göstərəcək. Yeni Civilization seriyanın veteran oyunçularına yeni xüsusiyyətlər və funksiyalar təqdim edərək onların könüllərini oxşayacaq. Seriya ilə tanış olacaq yeni oyunçulara isə yeni və rahat öyrədici mexanizm təqdim olunacaq. Onun köməyi ilə yeni oyunçular seriyanın əsas özəllikləri ilə rahatlıqla tanış ola biləcəklər. Bundan əlavə olaraq Civilization VI-da yaxşılaşdırılmış multiplayer rejimi, dinamik siyasət sistemi, döyüşlər üçün nəzərdə tutulmuş yeni funksiyalar, texnoloji və mədəni inkişafı planlaşdırmaq üçün aktiv tədqiqatlar sistemi olacaq. Civilization VI bu ilin 21 oktyabr tarixində PC üçün satışa çıxacaq.




Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×