main-post-cover

    Clash of Clans developerindən ilk xəbərlər gəldi!

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Clash of Clans oyununa gələcək yeniliklə bağlı ilk xəbərlər yayımlanmağa başladı. Bildiyimiz kimi, ClashCon turnirində TH11, yeni qəhrəman və yeni müdafiə haqqında qısa məlumat verilmişdi. Amma onların dəqiq nə olduqları bilinmirdi. Bu gün oyunun developerlərindən biri öz bloqunda gələcək yeniliklə bağlı məlumatlar verdi.

     
     
    Gələcək yeniliklərlə bağlı developer belə qeyd edib:
     
    "Hər kəsin bildiyi kimi biz yeni TH və yeni qəhrəman-müdafiə haqqında qərar qəbul etmişik. Amma aramızda TH11-ə keçmək istəməyənlər də var. Məhz bunu nəzərə alaraq yeni update-də biz hər kəsin yararlana biləcəyi yenilikləri əlavə edirik.
    Yeni update-də biz əsas məqsədimiz olan TH11 və yeni müdafiə sistemi ilə bərabər bunları da oyunçular üçün təqdim edəcəyik:
    • Yeni qalxan növü - Village Guard
    • Session Timers və Personal Break
    • Çoxlu oyunçu savaşları
    • Liqa bonusları
    • Yüksək səviyyəli əsgərlərin hazırlanma dəyərləri
     
    Developer daha sonra qeyd edibki, istifadəçilər daim bu barədə onlara suallar yönləndirir. Onlar gələcək yeniliklərin qısa zaman ərzində yayımlaya bilməzlər. Buna səbəb gələcək yeniliklərin test edilməsi və oyundakı balansın qorunmasıdır. Lakin noyabrın 23-dən etibarən artıq rəsmi məlumatlar gəlməyə başlayacaq və bundan təxminən 2 həftə sonra yeni update rəsmən yayımlanacaq. Gələcək xəbərlərin gəlmə ardıcıllığı isə belədir:
    • Qalxanlar - Hücum və Müdafiə (1-ci hissə)
    • Qalxanlar - The Village Guard və Personal Break (2-ci hissə)
    • Çoxlu oyunçu bölməsindəki savaşlar, kubok təklifləri və liqa bonusları
    • Sneak Peeks yenilənmələri
    • TH11 - yeni qəhrəman və yeni müdafiə sistemi
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər