main-post-cover

    Clash of Clans növbəti yeniliyə hazırlaşır

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bu gün Clash of Clans oyunu yenilənmə alacaq. Yenilənmənin detallarını isə bu yazımızda oxuyacaqsınız.

    Yeni sistem ilə artıq həm əsgər, həm sehrlər daha sürətli hazır olacaq, qəhrəmanlar daha tez oyanacaq. Yeni əsgərin funksiyası artırılacaq və savaş bərabərləşdirilməsində də yeniliklər olacaq. Yenilənmənin detalları belədir:
    • 2 dəfə daha sürətli sehr hazırlanma müddəti
    • 2 dəfə daha sürətli Dragon, Witch və Wall Breaker hazırlanma müddəti
    • 3 dəfə daha sürətli Golem, Lava Hound və P.E.K.K.A hazırlanma müddəti
    • Qəhrəmanların yenidən oyanma müddəti böyük ölçüdə azaldılıb.
    • Balloon, Wizard, Healer, Valkyrie və Bowler hazırlanma müddəti də azaldılıb.
    Bu yenilənmə ilə şirkət oyunçuları oyuna daha çox cəlb etməyə və daha çox oynamasına şərait yaradır. Əsgər hazırlama binaları isə əvvəlki kimi dörd qat sürətli olacaq.
    • Gameplay balanslaşdırma: Bowler artıq hədəfə daha tez reaksiya verir

    • Maximum axtarış müddəti isə 5 dəqiqədən  30 dəqiqəyə qədər artırılıb.
    Bu əsasən yüksək səviyyətli liqalarda olan oyunçular üçün nəzərdə tutulub. Əvvəllər 5 dəqiqədən sonra "Retry” etməyiniz tələb olunurdu, amma bu yeniləmən sonra isə 30 dəqiqə axtarış edə biləcəksiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər