main-post-cover

    Clash of Clans növbəti yeniliyə hazırlaşır: Dost hücumları

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Clash of Clans oyunu yeni bir xüsusiyyət daha qazanır. Bundan sonra artıq dostlarınızla da döyüşə biləcəksiniz.

    Bu döyüşlərin gün ərzində heç bir limiti olmayacaq, istədiyiniz qədər dostlarınıza dəvət göndərə biləcəksiniz. Döyüş zamanı bütün əsgərlərdən, sehrlərdən, qəhrəmanlardan istifadə edə biləcəksiniz.

    Klan yoldaşlarınızı döyüşmək üçün dəvət zamanı xüsusi yeni "Challenge" düyməsi klan çatının ən üst hissəsində olacaq. Siz döyüş zamanı istədiyiniz ərazi versiyasını seçə bilərsiniz. Dəvət zamanı xüsusi mətn də əlavə edə bilərsiniz və ya sadəcə dəvət kimi paylaşa bilərsiniz. Dəvət klana yerləşdirildikdən sonra dostlarınızdan biri qəbul edə biləcək. Amma bu döyüşlər zamanı heç bir resurs, əsgər və ya kubok itirilməyəcək. Klan qalanızda olan əsgərlər müdafiə üçün istifadə olunacaq, amma döyüşdən sonra hər şey əvvəlki kimi olacaq.

    Siz dəvəti qəbul etdikdən sonra mövcud əsgərlərinizlə hücum edəcəksiniz. Bütün istifadə etdiyiniz resurslar isə döyüş bitdikdən sonra geri qayıdacaq. Döyüşün nəticələri isə Klan çatında aktiv olacaq. Təkrarı izləyib nəyi necə dəyişməyi özünüzdə müzakirə edə bilərsiniz. Klan dəvəti zamanı döyüşə canlı baxmaq da mümkün olacaq. 
    Linki kopyala