main-post-cover

    Clash of Clans növbəti yeniliyə hazırlaşır: May 2016 yeniliyi

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Clash of Clans oyunu yay yeniləməsinə hazırlaşır və yeni xəbərlərdən görünür ki, yüksək səviyyəli oyunçular daha çox düşünülür.

    Bir müddət sonra yayımlanacaq yeniliklə bağlı xəbərlər gəlməyə davam edir. Hər bir yenilik müəyyən səviyyələr üçün göndərilir. Aşağıda olacaq yenilikləri səviyyələrə görə sıraladıq:

    Town Hall 11
    • Top - 14. səviyyəyə yüksəlir
    • Lava Hound - 4. səviyyəyə yüksəlir
    • Balloon - 7. səviyyəyə yüksəlir
    Town Hall 11'də bildiyiniz kimi hava əsgərlərinin populyarlığı azalıb. Bu yeniliklərlə, developerlər onların da oyunda aktivliyinin qalxmasını təmin etmək istəyir.


    Town Hall 10+
    • Bowler artıq 8 deyil, 6 yer tutacaq.

    Town Hall 7+

    • Spring Trap  2-4.cü səviyyələr
    Yeni Spring Trap səviyyələri kiçik olmasına baxmayaraq daha çox müdafiə olunmağa kömək edir. Hətta, yeni Valkyrie döyüşlərini nəzərə alaraq, onlar üçün daha təhlükəli olacaq.


    Digər yeniliklər:
    Düzəliş modu alətləri: Ərazini düzəltməyi asanlaşdırmaq üçün yeni xüsusiyyətlər əlavə olunub.
    Əsgər və sehr yerləriniz dolu olduğu halda, yenidən istehsal olunmağa qoyduğunuz resurslardan klanda istəkləri qarşılamaq üçün istifadə edə bilərsiniz.
    Əsgər ve sehr hazırlanması zamanı onların yerini üstünə basıb hərəkət etdirməklə dəyişə bilərsiniz. Onların istehsal müddəti də yerini dəyişəcək.
    War Logs artıq klanlar üçün açıq olacaq. Yəni klanda olmayan bir insan bu siyahıya baxıb klanın savaş performansını görə bilər. Bu xüsusiyyəti tənzimləmələrdən aktivdeaktiv etmək mümkün olacaq.
    İnşaatçı təklifləri: İnşaatçı simvolunun üstünə basdıqda sizə lazım olan binaların inşası təklif olunacaq.
    Savaş zamanı canlı baxanların sayı artıq görünəcək, beləliklə sizin savaşınıza neçə yoldaşınızın baxdığını biləcəksiniz.
    Çat hissəsi yeni daxili Request düyməsi ilə yenilənib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər