Clash of Clans developerlərindən yeni sezon yeniləməsi ilə bağlı xəbərlər gəlib.
Bir müddət öncə oyunda böyük dəyişiklik edən Supercell oyuna yeni 11.ci səviyyə Bina və müdafiə strukturları gətirmişdi. Bu dəyişiklik hər kəs tərəfindən bir mənalı qarşılanmadı, amma buna baxmayaraq böyük istifadəçi itirmədi. İndi isə developerlər yeni Binaya uyğun müdafiə strukturlarını inkişaf etdirirlər və oyunda yenidən bir neçə yenilik olacaq.
#1. Yeni səviyyə Inferno Tower və Mortar
Yeni səviyyə müdafiə strukturları həm vizual olaraq, həm güc olaraq müəyyən dəyişikliklərə sahibdir. Yeni səviyyə strukturların gücü özlərindən əvvəlki səviyyəyə görə müəyyən qədər artırılıb. Amma hələlik developer modda olduğu üçün onların gücü barədə dəqiq məlumat verilmir. Yayımlanacaq yenilənmə versiyası ilə onların gücü də məlum olacaq. Bundan başqa həmin strukturların görünüşü də diqqət çəkici şəkildə dəyişdirilib. Bina 11 konseptinə uyğunlaşdırılan görünüş ilə daha çox diqqət çəkir.
Oyunda vizual dəyişikliklər bununla bitmir. Air Defense görünüşü də bütün səviyyələr üçün dəyişdirilərək yeni konseptə uyğunlaşdırılıb. Qeyd edək ki, onların gücləri barədə heç bir dəyişiklik olmayıb.
Bununla yanaşı Hero\'ların da taxtlarının görüntüsü yeni konseptə uyğunlaşdırılıb. Yeni görünüşləri ilə daha cəlbedici xüsusiyyətə sahib olublar.
Digər yeniliklərdən biri də oyundakı Spell\'lərin hazırlanma vaxtının azaldılmasıdır. Artıq normal eliksir ilə hazırlanan spellər 20 dəqiqəyə, qara eliksirlə hazırlanan spellər isə 10 dəqiqəyə hazır olacaq. Onların qiymətləri və gücləri barədə isə heç bir dəyişiklik olmayıb.
Oyunda olan ən böyük və əksər istifadəçilərin arzuladığı yenilik - inşaatçı hissəsində hansı strukturun nə zaman inşasının bitəcəyini göstərən bölmə yaradılıb. Belə ki, oyunda inşaatçı ikonkasının üstünə toxunduqda aşağıya doğru açılan kiçik ekranda nəyin nə zaman bitəcəyi qeyd olunur. Bunu istifadəçilərin istəyini nəzərə alaraq etdiyini açıqlayan developerlər bununla da göstərdilər ki, səhifələrində olan bütün şərhlərə diqqət yetirirlər.
#2. Yeni əsgər və əsgər səviyyələri
Oyunda olacaq önəmli dəyişikliklərdən biri də yeni əsgər və əsgər səviyyələridir. İlk olaraq yeni səviyyəyə yüksəldiləcək əsgərləri qeyd edək. Goblin, Hogrider və Valkyrie bir səviyyə daha yüksələ biləcək. Yəni uyğun olaraq, 7ci, 6cı və 5ci səviyyələrə çatacaq. Bundan başqa Valkyrie yeni səviyyəsində sürəti də artmış olacaq.
Bununla yanaşı yeni əsgər də əlavə olunacaq. Dark Elixir əsgəri olacaq yeni əsgər özünün qəribə vuruşu ilə diqqət çəkir. Bowler adlı yeni əsgər əlində sanki bir bowling topu tutub və atdığı bu top 2 struktura eyni təsiri göstərir. Yəni onun vuruş gücü nədirsə, həmin güc ilə 2 strukturu eyni şəkildə yıxa bilir. Ümumi olaraq 3 səviyyədə olacaq yeni əsgərin detalları isə aşağıdakı şəkildə təsvir olunub.
Yeni əsgərin necə döyüşdüyünü və hansı taktika ilə daha uyğun olduğunu bilmək istəyirsinizsə, o zaman aşağıdakı videoya baxmağınız da məsləhət görülür.
Oyunla bağlı digər yenilikləri də bilmək üçün saytımızı izləməyi unutmayın!