Clash of Clans oyununa yeni sistem gəlir!

Clash of Clans oyununa yeni sistem gəlir!

08.05.2017 PAYLAŞIM

Clash of Clans developerlərindən yeni xəbərlər gəldi. Bu dəfə oyuna böyük olmayan, amma ciddi dəyişikliklər olunur. Bildiyiniz kimi oyuna yeni əlavə olunan TH11 və yeni qalxan\\qənimət sistemi oyunçuların xoşuna gəlməmiş, oyunu tərk etmələrinə səbəb olmuşdu. Daim şikayət məktubları alan Supercell bu vəziyyəti düzəltmək və oyunçuları geri qaytarmaq üçün yeni sistem yaradır. Sistemin təfərrüatları belədir:

STAR BONUS (ULDUZ BONUSU)
Bu yeni bonus sistemi ilə siz gündəlik müəyyən miqdarda qənimət alacaqsınız. Bəzi oyunlardan bildiyiniz daily reward sisteminin bu oyuna optimizasiya olunmuş formasıdır. Amma bu bonusu ala bilmək üçün sizə 5 normal savaş ulduzu lazım olacaq. Belə ki, hər gün normal savaşlardan alınan 5 və daha çox ulduzla bu bonusu da alacaqsınız. Aldığınız bonuslar Klan Qalasında qorunacaq. Burada Treasury adlanan hissə olacaq. Bu hissə klan savaşı bonuslarından onunla fərqlənəcək ki, burada toplanan qənimətin çox cüzi miqdarı oğurlana bilinəcək. Yəni qənimətin böyük hissəsi sizə məxsus olacaq.

LOOT CARD (QƏNİMƏT KARTI)
Bu yeni sistemlə siz oğurlanan qənimətinizin müəyyən bir qismini qaytara biləcəksiniz. Ərazidə gem box kimi peyda olacaq bu kartları toplayaraq əvəzində qənimət alacaqsınız. Buradan aldığınız qənimət də Klan Qalasında toplanacaq.
 
Qeyd edək ki, bonusun miqdarı haqqında məlumat verilməyib. Yeniləmənin gələn həftə ərzində oyunçulara göndərilməsi nəzərdə tutulub.




DAHA ÇOX


PLAYSTATION PLUS-un İyul ayı oyunları bəlli oldu.

Sony, PS Plus üzvləri üçün İyul ayının oyunlarının siyahısını tərtib etdi. PS4 istfadəçiləri ..


Yeni God Of War oyununda Multiplayer dəstəyi olmayacaq !

Sony, keçən həftə E3 2016 tədbirində öz konfransında yeni God Of War oyununu təqdim etmiş və 10 də..


Final Fantasy-ni bitirmək üçün bizə 200 saat lazım olacaq.

Square Enix bir neçə həftə bundan qabaq Final Fantasy 15 -dəki Chocobo-lar haqqda 2 dəqiqəl..


Ön sifarişlə Mafia 3 alan oyunçular nə qazanacaqlar ?

2K Games-in səbirsizliklə gözlənilən oyunu olan Mafia 3-ü ön sifarişlə alacaq oyunçular üçün xüs..


Civilization VI-nın yeni gameplay videosu yayımlanıb

E3 tədbirində 2K Games tərəfindən təqdim olunan Civilization VI özünün yeni möhtəşəm qrafikası v..


E3 2016-da gözlənilən lakin təqdim olunmayan 5 oyun

Bu həftə keçirilən bomba E3 tədbiri olan E3 2016 artıq sona çatdı. Tədbirdə ən yadda qalan konfrans..

×