main-post-cover

    Clash of Clans oyununun interfeysinin Azərbaycanca edilməsi qaydası!

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Clash of Clans oyunun rəsmi Azərbaycanca versiyası yoxdur. Amma Kamran adlı izləyicimiz oyunu tərcümə edərək fransız serverində dil interfeysini qurub. Necə quraşdırıldığını isə izah edək.. Başlayaq..
     
    Əvvəla onu qeyd edək ki, telefonunuz da root icazəsi olmalıdır. Oyunun Azərbaycanca dil interfeysinin olduğu arxiv faylı buradan yükləyə bilərsiniz. Bundan başqa telefonda Root Explorer proqramı da olmalıdır. Onu da buradan yükləyə bilərsiniz. İndi isə qurulma qaydasını izah edək.
    Telefonuzuma Root Explorer tətbiqini yüklədikdən sonra açırıq və qarşımıza iki pəncərə: ROOT və STORAGE pəncərələri çıxır.
     
    Açılan pəncərələrdən ROOT pəncərəsində data qovluğun tapıb açırıq:
     
    data qovluğunda daha bir data qovluğun tapıb açırıq:
     
    data qovluğunda com.supercell.clashofclansqovluğun tapıb açırıq:
     
    com.supercell.clashofclans qovluğunda update qovluğunu tapıb açırıq:
     
    Daha sonra digər 2-ci pəncərədə STORAGE pəncərəsinə keçirik:

    Keçdikdən sonra download qovluğun tapıb açırıq:
     
    Qarşımıza CoC Azərbaycanca.rar adlı fayl çıxır və onu açırıq:
     
    Qarşımıza 3 qovluq çıxır və onları seçib arxivdən çıxartırıq:
     
    Qarşımıza belə bir pəncərə çıxır və Go to extracted yazısına vurub qovluqlar olan yerə gedirik: 
     
    Daha sonra 3 qovluğuda seçirib onları kopyalayırıq:
     
    Ardınca 1-ci pəncərəyə qayıtırıq:
     
    Qayıtdıqdan sonra COPY HERE edirik:
     
    Qarşımıza çıxan pəncərədə Merge yazısına vuruq. Artıq bizim Azərbaycan dilində Clash of Clansımız var və ROOT Explorerdən çıxıb oyunumuza gedib Dil tənzimləmələrindən oyunumuzun dilini dəyişirik
     
    Onuda qeyd edim ki dil faylı mütəmadi yenilənəcəyi üçün yuxarıdaki linkdən 2 gündən 1 dil faylın yeniləyin.



    Linki kopyala