main-post-cover

    Clash of Clans oyununun yeni versiyası təqdim olundu!

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bu gün Clash of Clans developerlərindən yeni xəbər gəldi. Artıq oyunun yeni versiyası təqdim olunmağa başlayır. Hazırda davam edən qısa tənzimləmə əməliyyatından sonra oyunun yeni versiyası bütün əlavə dəyişikliklərlə birlikdə istifadəçilərin ixtiyarına veriləcək. Gəlin, bu versiyada nələr olacaq, qısaca nəzər salaq.
     
    Yenilənmiş və Təkmilləşdirilmiş Qalxan Sistemi

    Yenilikdə qalxan sisteminin bir sıra detalları açıqlanıb. Həmin detallar oyuna, qalxanlara, hücum və müdafiəyə təsir edəcək. Belə ki, artıq yeni qalxan sistemi barədə 2 əsas şeyi bilməlisiniz:

    • Artıq Town Hall (Bina) yıxılmasına görə qalxan olmayacaq. Binaları içəri daşısanız yaxşı olar.
    • Artıq qalxanınız olduğu halda da hücum edə bilərsiniz, amma bu zaman mövcud olan qalxanınızdan müəyyən zaman azalmış olacaq.


    Bu sistem ilə artıq rahat hücum etmək mümkün olacaq. Hücum etdikdən sonra da qalxanın qalması işinizə yarayacaq. Hətta, bu sistemlə iki, üç dəfə qalxanı tamamilə itirmədən hücum etmək mümkündür. Bundan başqa müdafiə zamanı da verilən qalxan sistemi də dəyişilib. Onlar isə belə olacaq:

    • 12 saatlıq qalxan ərazinin 30%'nin dağıdılması ilə veriləcək.
    • 14 saatlıq qalxan ərazinin 60%'nin dağıdılması ilə veriləcək.
    • 16 saatlıq qalxan ərazinin 90%'nin dağıdılması ilə veriləcək.
    • Hücum edən əgər ordusunun 50%'ni sərf etməzsə, bu zaman da qalxan verilmir.


    Qalxan olduğu halda hücum etmək istəyərsəniz:

    • Qalxanın olması artıq sizin hücum etmənizə, hədəf seçmənizə və ya intiqam almanıza mane olmayacaq.
    • Qalxan olduğu halda hücuma görə qalxanın vaxtı 3 saat azalacaq.
    • Əlavə hücumlar olduğu halda isə qalxanın vaxtı daha çox azalacaq. (4 saat, 5 saat və s...)
     
    Village Guard oyunun yeni müdafiə sistemidir. Bu sistem sizin hazırda mövcud olan qalxanınızın müddəti bitdikdən sonra işə düşür:

    • Village Guard aktiv olduğu müddətdə siz oyunu birdən bağlasanız və ya internet əlaqəsi kəsilsə, sizin ərazinizi hücumlardan qoruyur.
    • Oyunçular Village Guard sistemi aktiv olduğu müddətdə hücum edə bilər. Buna qarşılıq zamandan azalma olmayacaq.
    • Ödənişsiz Village Guard vaxtı olduğunuz liqadan asılı olaraq qalxanınız bitdikdən sonra 15 dəqiqədən 3 saata qədər aktivləşərək ərazinizi qoruyur
    • Hər gün marketdən 10 gems ödəyərək 2 saatlıq Village Guard qalxanı ala bilərsiniz. Növbəti qalxanı isə bundan 24 saat sonra ala bilərsiniz.
    • Aktiv Village Guard sistemini istənilən an dekativ edə bilərsiniz.
    • Marketdən normal qalxan aldıqda isə aktiv olan Village Guard qalxanını deaktiv edir.
     
             
    Clash of Clans oyununun yeni versiyası təqdim olundu!
     
     
    Artıq TH qənimət hədəfi olacaq. Binanı yıxdıqda əlavə qənimət veriləcək:

    • Artıq ərazidən mümkün alına bilinəcək qənimət Bina yıxıldıqda da alına bilinəcək.(maksimum qənimət ölçüsü dəyişmir)
    • Bina 1 qızıl anbarı həcmində qızıl, 1 eliksir anbarı həcmində eliksir və 1/4 qara eliksir anbarı həcmində qara eliksir daşıyacaq. 
    • Binadan mövcud olan qəniməti yalnız tam yıxdıqda almaq mümkün olacaq.
    • Binada mövcud olacaq qənimət miqdarı onun səviyyəsinə uyğun olaraq artır.
    • Bina və Klan qalası artıq anbar funksiyasını daşıyacaq. Goblinlər onlara 2 dəfə çox zərər verə biləcək.


    Oyunçular üçün Liqa bonusları da düşünülüb. Artıq daha çox qənimət alacaqsınız. Amma bu sistemdə də dəyişikliklər var:

    • Bütün Liqa Bonusları böyük ölçüdə artırılıb.
    • Liqa Bonusları artıq ərazinin 0%'dən 100%'ə qədər yıxılmasından asılı olaraq veriləcək.
    • 100% Liqa Bonusları ərazinin 70% yıxıldığı zaman qazanılacaq.


    Həmçinin təklif olunan kubok sayında da kiçik dəyişiklikər olunub. Artıq yüksək səviyyəli oyunçular üçün hücum-müdafiə zamanı təklif olunan kubok sayı artırılıb. Kuboklar hücum və müdafiə zamanı belə təklif olunacaq:

    • Müdafiə olunarkən təklif olunan minimum kubok təklifi ümumi kubokların sayına uyğun artırılıb.
    • Müdafiə olunarkən təklif olunan maksimum kubok təklifi ümumi kubakların sayında uyğun azaldılıb.


    Çoxlu oyunçu bölməsində isə oyunçuların bir birilə döyüşməsi üçün mövcud şərtlər dəyişdirilib:

    • Mövcud olan qənimət təklifi Binanın 6-10cu səviyyələri arasında səviyyələrə uyğun artırılıb.
    • Artıq sizin binanızdan 1 səviyyə aşağı və ya yuxarı səviyyəli binalar qarşınıza daha çox çıxacaq.
    • Sizin binanızın səviyyəsindən 2 səviyyə aşağı binalar çox nadir qarşınıza çıxa bilər. (Çempion Liqasından aşağı liqalar üçün keçərlidir)
                   
     
     
    • Artıq ərazinizin ölçüsü daha böyük olacaq. Belə ki, hal hazırda ərazimizin ölçüsü 40x40 həcmindədir. Amma gələcək yenilik ilə bu ölçü 44x44 ölçüsündə olacaq. Bu isə ərazinin 21% daha böyüməsi deməkdir. Developerin qeyd edir ki, oyundaki yeni müdafiənin həcmi də 4x4 həcmində olacaq. Amma bununla yanaşı yeni depo, yeni bina və s. də gələ bilər. Amma bu barədə dəqiq məlumat növbəti günlərdə olacaq.
    • Yeni gələcək versiyada artıq ərazinizdə mövcud olan və təmizlədikdə gems qazandıran çalı-çırpıların yerini dəyişmək olacaq. Bəzən onların arasında elələri olur ki, onları ləğv etmirik və bu istədiyimiz ərazi sxemini qurmağa mane olur. Artıq belə olmayacaq. Onların üzərinə toxunduqda sizə yerini dəyişməyi təklif edəcək.
    • Ümumi savaş zamanı artırılıb. Artıq savaşlar 3 dəqiqə ərzində deyil, 3 dəqiqə 30 saniyə ərzində olacaq. Bu ərazinin genişlənməsi ilə bağlıdır. Bu yenilik əsas etibarilə 9.cu səviyyə binası olanların işinə yarayacaq. Çünki gowihog hücumu zamanı bəzən zaman yetmirdi. Oyunçular bəzən 99%də, bəzən isə daha az 95%də qalırdılar. Artıq tam yıxmaq üçün müəyyən zaman olacaq.
    • Klan savaşlarına hazırlıq zamanı azaldılıb. Artıq savaşlar 24 saat yox, 23 saatdan sonra başlayacaq. Bununla da davamlı savaş edən klanların eyni vaxtda savaşı başlatmaları təmin olunacaq.
    TH11 ilə gələn yeniliklərdə  klan qalası əməliyyatları da nəzərdə tutulub. "Böyük" yeniləmə verilən bu versiyada artıq klan qalasında əsgərlə yanaşı sehir (spell) də istəyə bilərsiniz. Amma bu sehir normal sehir deyil, qara sehir fabrikindən olacaq. Həmişəki kimi 35 əsgər istəniləcək klanda yalnızca 1 ədəd sehir istənilə biləcək. Yəni klan qalanızda maksimum 35 əsgər və 1 sehir saxlaya biləcəksiniz. 
                            
    Oyunda gələn yeniliklərdən biri də klan istəkləri menyusudur. Artıq "donate" düyməsinə basdıqda yeni menyu açılır və istənilən əsgəri yollaya bilirsiniz. Həm də bu menyuda sizin qalanızda nə olduğunu görə bilirsiniz. Beləliklə, artıq əsgər göndərdikdə hər dəfə biləcəksiniz ki, sizin qalanızda nə var.
                             
     
    • Laboratoriya artıq 9.cu səviyyəyə yüksəldilir.
    • Sehirbaz qülləsi (Wizard Tower) 9.cu səviyyəyə yüksəldilir.
    • Qızıl və Eliksir deposu 12.ci səviyyəyə yüksəldilir.
    • Binanın 11.ci səviyyəsinin final görüntüsü hazırdır.
     
    Sehirbaz qülləsi artıq 9.cu səviyyəyə yüksələcək. Artıq onun da görüntüsü yeni fona uyğun olacaq. Nə qədər gücə və nə qədər qızıl qarşılığında yüksəldiləcəyi isə məlum deyil. Amma böyük gücə malik olacağı qeyd olunur. Belə ki, bütün yeniliklər də olmaqla yeni balans qurulacaq.
                       
     
       
    • Yeni Oxçu Qülləsi (Arhcher Tower)
    • Yeni Top (Canon)
    • Yeni Sehirbaz Qülləsi (Wizard Tower)
    • Yeni X-yay (X-Bow)
                            
    Onu da qeyd edək ki, artıq ərazinizdə 8 oxçu qülləsi, 7 top, 5 sehirbaz qülləsi və 4 x-yay olacaq. Ərazinin genişlənməsi də məhz bununla bağlı idi. Yeni divarların əvvəldə verilməsi də oyunun "böyük" yeniliyində yeni strukturların əlavə olunmasına işarə edirdi. Bundan başqa, oyunda 9.cu səviyyə Binası olanlar da düşünülüb. Artıq 9.cu səviyyə binası olanlar dondurma sehrindən istifadə edə biləcək. Amma sadəcə 1.ci səviyyəsi açıq olacaq.
                       
     
    • Minion 7. səviyyəyə yüksəlir.
    • Witch 3. səviyyəyə yüksəlir
     
    Clash of Clans oyununa yeni qəhrəman da əlavə olunub. Grand Warden adlandırılan bu qəhrəmanın çox maraqlı özəllikləri və görünüşü var. Bu qəhrəman həm müdafiə zamanı, həm də hücum zamanı çox effektiv iş görür. Yeni qəhrəmanı TH11 olduqda aktivləşdirmək olacaq. Aşağı səviyyəli binalarda bu qəhrəmandan faydalanmaq olmayacaq.
                       
    İndi isə bu yeni qəhrəmanın gücü haqqında məlumat verək. Əvvəla onu qeyd edək ki, digər iki qəhrəmandan fərqli olaraq yeni qəhrəman böyük zərbə endirmir. Onun əsas funksiyası savaş zamanı böyük zərbə vurmaq deyil, əsgərlərə kömək etməkdir. Bir növ healer vəzifəsini yerinə yetirən qəhrəman onun aurası daxilində olan əsgərlərin canını bir miqdar artırır. Dota kimi oyunlara bələd olan oyunçular aura effektini daha dəqiq anlayacaqlar. Bu effekt passiv effektdir və əsgərlər onun əhatəsindən çıxdıqda heç bir kömək almır. Yeni qəhrəman qara eliksir ilə deyil, normal eliksir ilə alınıb yüksəldilə bilinir. Maksimum 20 səviyyədən ibarət olan qəhrəmanı iki hədəfdə yerləşdirə bilərsiniz. Havada və Yerdə olmaqla iki fərqli pozisiyası olan qəhrəman bir çox taktikalarda əvəzedilməz olacaq. Yeni qəhrəmanın gücü, canı və maksimum səviyyəsi isə aşağıdakı şəkildəki kimidir.
                       
     
    Ən son yenilik isə oyuna yeni müdafiə strukturunun əlavə olunmasıdır. Yeni sistem bütün ərazini əhatə edir, istənilən yerdə olan əsgəri vura bilir. Amma mortar kimi onun da yaxınlığından hər hansı əsgər olsa, onu vura bilmir. Əsgərlərə böyük zərbə edirən bu mudafiə sisteminin gücü və hansı qiymətə olduğu isə bilinmir.

    Linki kopyala