main-post-cover

    Clash of Clans\'dan ilk rəsmi yenilənmə məlumatı: Qalxanlar #1

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bu gün Clash of Clans developerlərindən ilk rəsmi məlumat gəldi. Qeyd olunduğu kimi ilk olaraq qalxanlar haqqında məlumat verdilər. Hazırlanan yeniliklə qalxan sistemində köklü dəyişiklik olunub. İnsanların daha çox hücum etməsi üçün nəzərdə tutulan bu yenilik növbəti yeniləmədə təqdim olunacaq.
    Clash of Clans'dan ilk rəsmi yenilənmə məlumatı: Qalxanlar #1



    Yenilənmiş və Təkmilləşdirilmiş Qalxan Sistemi


    Yenilikdə qalxan sisteminin bir sıra detalları açıqlanıb. Həmin detallar oyuna, qalxanlara, hücum və müdafiəyə təsir edəcək. Belə ki, artıq yeni qalxan sistemi barədə 2 əsas şeyi bilməlisiniz:

    • Artıq Town Hall (Bina) yıxılmasına görə qalxan olmayacaq. Binaları içəri daşısanız yaxşı olar.
    • Artıq qalxanınız olduğu halda da hücum edə bilərsiniz, amma bu zaman mövcud olan qalxanınızdan müəyyən zaman azalmış olacaq.


    Bu sistem ilə artıq rahat hücum etmək mümkün olacaq. Hücum etdikdən sonra da qalxanın qalması işinizə yarayacaq. Hətta, bu sistemlə iki, üç dəfə qalxanı tamamilə itirmədən hücum etmək mümkündür. Bundan başqa müdafiə zamanı da verilən qalxan sistemi də dəyişilib. Onlar isə belə olacaq:

    • 12 saatlıq qalxan ərazinin 30%'nin dağıdılması ilə veriləcək.
    • 14 saatlıq qalxan ərazinin 60%'nin dağıdılması ilə veriləcək.
    • 16 saatlıq qalxan ərazinin 90%'nin dağıdılması ilə veriləcək.
    • Hücum edən əgər ordusunun 50%'ni sərf etməzsə, bu zaman da qalxan verilmir.


    Qalxan olduğu halda hücum etmək istəyərsəniz:

    • Qalxanın olması artıq sizin hücum etmənizə, hədəf seçmənizə və ya intiqam almanıza mane olmayacaq.
    • Qalxan olduğu halda hücuma görə qalxanın vaxtı 3 saat azalacaq.
    • Əlavə hücumlar olduğu halda isə qalxanın vaxtı daha çox azalacaq. (4 saat, 5 saat və s...)


    Bundan başqa yeni Village Guard, balanlaşdırılmış qənimət və ordu seçimi barədə də yeniliklər olacaq, amma bu barədə digər postlarda məlumat veriləcək. İndi isə gəlin bu yeniliklərin oyuna necə təsir edəcəyi barədə danışaq.


    Ən güclü müdafiə hücumdur!

    Oyunun qalxan sistemi Clash of Clans yayımlanandan bəri heç vaxt dəyişdirilməyib. Oyunun sadə sxemi belə idi: Oyunçu hücum edir, sonra onun ərazisinə hücum edilir və ya marketdən qalxan alır, bununla da uzun müddət hücum etmədən ərazisini qoruyur. Clash isə həm hücum, həm də müdafiə deməkdir. Təbii ki, bəzən olur ki, yığdığımız resursların böyük bir hissəsini uduzuruq. Bu isə böyük zərbə olur. Oyunun yaradıcılarının gətirəcəyi yeniliyin məqsədi isə balanslaşdırılmış sistem ilə bu halların azaldılmasıdır. İnsanlar binalarını çölə qoymaqla 12 saatlıq qalxan alıb, bununla da ərazini qoruyurdular. Belə demək mümkündürsə, öz qalxan sistemlərini qurmuşdular. 3 il ərzində bunu müşahidə edən Clash of Clans rəhbərliyi bu vəziyyəti kodlarla dəyişərək oyunun qalxan sisteminə daxil etməyi qərara alıblar. Bununla da insanları hücum etməyə daha da həvəsləndirmiş olacaqlar.

    Clash of Clans'dan ilk rəsmi yenilənmə məlumatı: Qalxanlar #1

    Binanın çöldə olması: Ən yaxşı müdafiə kimi sayılırdı.

    Bu doğrudur ki, binanı çölə qoymaq və "pulsuz qalxan" əldə etmək oyunçuların böyük əksəriyyətinin strategiyasıdır. Bunu görən developerlər bu strategiyanı oyuna inteqrasiya etdilər - balanslaşdırılmış bir sistemlə oyunun əsas məqsədini bir daha önə çəkirlər, daha əyləncəli, daha maraqlı edirlər: Sadəcə döyüş!


    Yaxşı Müdafiə Sistemi Necə Qurulacaq?

    Gəlin bu sistemin necə işlədiyini izah edək:

    • Qalxan gözləmək hər zaman inamlı deyil: Bəzən hücum etməzlər və bu zaman uzun müddət qalxansız qalmış olursunuz. Güclü oyunçu isə bina çöldə olsa belə, ərazinizi yıxa bilər.
    • Yaxşı müdafiə sizi yenidən müdafiə olunmağa məcbur edir: zəif dağıntı qalxan almamağınıza səbəb olur və qısa zamanda yenidən ərazinizə hücum olunur.
    • Qalxan vaxtları dəyişkən deyil: Qalxan zamanları çox uzun müddət davam edir, əgər qalxanı pozmaq istəmirsinizsə, uzun müddət hücum edə bilmirsiniz.
    • Qalxanın olmadığının fərqinə varmasanız: 5 dəqiqəlik oyunda olub çıxmaq məcburiyyətində qalmağınız yenidən 12 saatlıq qalxan deməkdir.
    • Qalxanlar hücumları azaldır: Qalxan olduğu halda çox oyunçu hücum etmir və bu da sizin döyüş strategiyalarınızı zəiflədir.
    • Qalxanlar daha çox müdafiə olunmayan oyunçulara verilir: Bununla da həm hücum, həm qənimət baxımından bir çox oyunçu oynamaq istəmir



    Clash of Clans'dan ilk rəsmi yenilənmə məlumatı: Qalxanlar #1



    Hücum etmək ən yaxşı müdafiədir: Hər zaman hücum etmək ən gözəl oyundur.
    Clash of Clans'dan ilk rəsmi yenilənmə məlumatı: Qalxanlar #1



    Yeni qalxan sistemi ilə oyunçular istədikləri vaxt hücum edə biləcəklər. İlk hücumda 3, digər hücumda 4, digərlərində isə bu sıralama ilə artaraq qalxanın zamanını itirəcəklər. Əgər 16 saatlıq qalxana sahibsəniz, o zaman qalxan ola ola 3 dəfə qalxanı tamamilə itirmədən hücum edə bilərsiniz. Hücum etdiyiniz zaman sizin hücumların nə qədər qızıl və qalxan saatı tutduğunu isə kiçik düymədə görəcəksiniz.

    Clash of Clans'dan ilk rəsmi yenilənmə məlumatı: Qalxanlar #1


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər