Clash of Clans 'dan rəsmi yenilənmə məlumatı: Liqa bonusları, Qənimətlər və Kubok təklifləri #3

Clash of Clans 'dan rəsmi yenilənmə məlumatı: Liqa bonusları, Qənimətlər və Kubok təklifləri #3

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən yazılarımızda sizə Qalxan və yeni müdafiə sistemi olan Village Guard barədə məlumat vermişdik. Müdafiə bağlı hissəyə yekun vurub yeni mövzuya başlayırıq. Artıq hücum və qənimət barədə düşünməyin vaxtıdır. Clash of Clans developeri dünən bu barədə yeni açıqlamalar edib. Oyunda qənimət toplamaq barədə köklü dəyişikliklər olunub. Belə demək mümkündürsə, alacağınız qənimət həcmi çoxalıb. Bu nə deməkdir? Elə isə başlayaq...



Birinci dəyişiklik: Artıq TH qənimət hədəfi olacaq. Binanı yıxdıqda əlavə qənimət veriləcək:

  • Artıq ərazidən mümkün alına bilinəcək qənimət Bina yıxıldıqda da alına bilinəcək.(maksimum qənimət ölçüsü dəyişmir)
  • Bina 1 qızıl anbarı həcmində qızıl, 1 eliksir anbarı həcmində eliksir və 1/4 qara eliksir anbarı həcmində qara eliksir daşıyacaq. 
  • Binadan mövcud olan qəniməti yalnız tam yıxdıqda almaq mümkün olacaq.
  • Binada mövcud olacaq qənimət miqdarı onun səviyyəsinə uyğun olaraq artır.
  • Bina və Klan qalası artıq anbar funksiyasını daşıyacaq. Goblinlər onlara 2 dəfə çox zərər verə biləcək.


Oyunçular üçün Liqa bonusları da düşünülüb. Artıq daha çox qənimət alacaqsınız. Amma bu sistemdə də dəyişikliklər var:

  • Bütün Liqa Bonusları böyük ölçüdə artırılıb.
  • Liqa Bonusları artıq ərazinin 0%\'dən 100%\'ə qədər yıxılmasından asılı olaraq veriləcək.
  • 100% Liqa Bonusları ərazinin 70% yıxıldığı zaman qazanılacaq.


Həmçinin təklif olunan kubok sayında da kiçik dəyişiklikər olunub. Artıq yüksək səviyyəli oyunçular üçün hücum-müdafiə zamanı təklif olunan kubok sayı artırılıb. Kuboklar hücum və müdafiə zamanı belə təklif olunacaq:

  • Müdafiə olunarkən təklif olunan minimum kubok təklifi ümumi kubokların sayına uyğun artırılıb.
  • Müdafiə olunarkən təklif olunan maksimum kubok təklifi ümumi kubakların sayında uyğun azaldılıb.


Çoxlu oyunçu bölməsində isə oyunçuların bir birilə döyüşməsi üçün mövcud şərtlər dəyişdirilib:

  • Mövcud olan qənimət təklifi Binanın 6-10cu səviyyələri arasında səviyyələrə uyğun artırılıb.
  • Artıq sizin binanızdan 1 səviyyə aşağı və ya yuxarı səviyyəli binalar qarşınıza daha çox çıxacaq.
  • Sizin binanızın səviyyəsindən 2 səviyyə aşağı binalar çox nadir qarşınıza çıxa bilər. (Çempion Liqasından aşağı liqalar üçün keçərlidir)


İndi isə gəlin sizə bütün bu yeniliklər barədə geniş məlumat verək. Bütün bunlar nə deməkdir? Oyunun sisteminə nələr olur? kimi suallarınıza cavab verməyə çalışacam. Hazırsınız? Elə isə davam edək..

Bildiyimiz kimi Town Hall, yəni əsas Bina ərazinin "ürəyi" hesab olunur. Binanızı dağıtsalar siz döyüşü uduzmuş olursunuz. İndiyə qədər Binadan heç bir qənimət əldə olunmurdu. Ona görə də qənimət saxlayanlar Binaya çox da əhəmiyyət vermədən onun dağıdılmasına icazə verirdilər. Bəs əgər Binada qənimət olarsa, onu yenə əhəmiyyətsiz hesab edərsiniz? Bunun cavabı oyunun dekabr yeniliyində gəlir. Artıq Binada da qənimət mövcud olacaq.




Artıq hər dağıdılmış Binada müəyyən qədər qızıl, eliksir və qara eliksir olacaq. Bu qəniməti almaq üçün Binanı tam yıxmaq lazımdır. Əks təqdirdə qəniməti almaq mümkün olmayacaq. Gəlin bunu sadə şəkildə sizə izah edək. Tutaq ki, 10cu səviyyəli Binada 100 000 qızıl, 100 000 eliksir və 1000 qara eliksir mövcuddur.




Hücum edərkən 1 deponun dağıdılması bildiyimiz kimi bizə təklif olunan qənimətin 1/4 hissəsini qazandırır. Yəni əgər 1 deponu dağıtsanız sizə 25 000 qızıl, 25000 eliksir və 1000 qara eliksir veriləcək. Binadan alacağınız əlavə qənimət isə 1000 qızıl, 1000 eliksir olacaq. Artıq yeni gələcək sistemlə sizin Binanız da yeni depo funksiyasını daşıyacaq. Yəni artıq Binanı yıxdıqda Binadan alacağınız qənimət 1000 deyil, 1 deponun həcmi qədər olacaq. Əgər sizə təklif olunan qənimət 100000 qızıldırsa, onda 1 deponu yıxsanız bunun 25000i sizə veriləcək. Əgər Binanı yıxsanız 25000 qızıl alacaqsınız. Bunu da nəzərə alın ki, klab qalası və Bina bundan sonra depo xarakterli olacağı üçün goblinlər onlara zərər vura biləcək. Normal depo və mədənlərə vurduğu kimi, Bina və Klan qalasına da iki qat zərbə vuracaq. Bəlkə bundan sonra yeni hücum taktikaları yarana bilər. Məsələn, GoGobWipe. Niyə də olmasın?


Gələcək yenilikdə liqa bonuslarında da dəyişikliklər olacaq. Əvvəlcə onu qeyd edək ki, bütün liqalarda bonuslar artırılıb. Amma bu bonuslar sizin əraziyə necə hücum etməyinizdən asılı olaraq veriləcək. Nə qədər yaxşı hücum edib ərazini dağıtsanız, bir o qədər çox bonus alacaqsınız. Məqsəd isə belədir: Oyunçular daha yaxşı hücum etsin, daha yaxşı qənimət alsın.




Liqa Bonusları artıq 0% yıxıma görə 0% bonusdan başlayaraq 70% yıxıma görə 100% bonus olaraq dəyişəcək. Bonusun böyük hissəsini almaq üçün ərazinin 50%\'i yıxılmalıdır. Yəni sadəcə binanı yıxmaqla artıq bütün bonusu almayacaqsınız. Ərazini 50% yıxdıqda Liqa Bonusunun 80%\'i veriləcək. Əgər ərazinin 70%\'ni yıxsanız, bu zaman sizə bonusun hamısı təqdim olunacaq. Diqqət! Bonusu almaq üçün hücum edərkən qələbə qazanmalısınız. Əgər qələbə qazanmasanız bonus verilmir. Bu da o deməkdir ki, yenə də bonus üçün ən az 1 ulduz şərtdir.




Bu şəkildə alacağınız bonuslar ərazini yıxma dərəcənizə görə necə veriləcək, izah olunub. Daha sərt liqalarda isə bu sistem belə olmayacaq. Yəni titan liqasında əgər 50% ərazini yıxaraq qələbə qazansanız, o zaman bu sistemdəki kimi deyil, liqanın təklif etdiyi bütün bonusu alacaqsınız.

 
Developerlər yüksək liqalarda kubok toplamaqda çətinlik çəkən oyunçuları da düşünüb. Bilirik ki, Usta liqadan başlayaraq yuxarı liqalara doğru təklif olunan kubok sayı azalır. Bəzən hətta 1 kubok təklif olunur ki, bu da bizim oyunda daha çox vaxt keçirməyimizə səbəb olur. Yeni Fasilə Sistemini də nəzərə alsaq, bu o qədər də mümkün olmayacaq. Bunun əvəzində isə artıq daha çox kubok təklif olunacaq. Bu isə mövcud ümumi kubokların sayına uyğun müəyyənləşək.



Yuxarıdakı şəkildə görürük ki, hücum edən və müdafiə olunan tərəf arasında kuboklar necə bölüşdürülür. Şəkildə görürük ki, kuboku çox olan yaxşı oyunçu deməkdir. Yəni öz səviyyəsindən aşağıdakılara hücum etsə alacağı kubok sayı azalır. Məsələn, 5700 kuboku olan biri 5000 kuboku olan birindən oyunu qazanacağı təqdirdə sadəcə 1 kubok ala bilir. Bu da onun kubok yığmasında çətinlik yaradır. Başqa nöqteyi nəzərdən baxsaq, 4300 kuboku olan biri 5700 kuboku olan birinin ərazisini yıxdıqda 59 kubok verir. Bu da normal sayılmır və kubok yığmağı çətinləşdirir.



Yeni sistemdə isə biz görürük ki, kubok sayları dəyişdirilib. Artıq minimum 1 kubok yox, 6 kubok verilir, Maksimum isə 59 kubok yerinə 56 kubok verilir. Bu da o deməkdir ki, oyunçular artıq kubok yığmaq da az da olsa rahat olacaqlar. Çünki yüksək liqalarda olmaq daim zərbə altında olmaq deməkdir.

Əsas qeyd odur ki, kubok limitləri dəyişmir. Yüksək səviyyəli oyunçulara zəif hədəflər verilmir. Bu yeniliklə onları oyuna həvəsləndirmək, daha çox hücum etmələri məqsədi güdülür.

             


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


PLAYSTATION PLUS-un İyul ayı oyunları bəlli oldu.

Sony, PS Plus üzvləri üçün İyul ayının oyunlarının siyahısını tərtib etdi. PS4 istfadəçiləri ..


Yeni God Of War oyununda Multiplayer dəstəyi olmayacaq !

Sony, keçən həftə E3 2016 tədbirində öz konfransında yeni God Of War oyununu təqdim etmiş və 10 də..


Final Fantasy-ni bitirmək üçün bizə 200 saat lazım olacaq.

Square Enix bir neçə həftə bundan qabaq Final Fantasy 15 -dəki Chocobo-lar haqqda 2 dəqiqəl..


Ön sifarişlə Mafia 3 alan oyunçular nə qazanacaqlar ?

2K Games-in səbirsizliklə gözlənilən oyunu olan Mafia 3-ü ön sifarişlə alacaq oyunçular üçün xüs..


Civilization VI-nın yeni gameplay videosu yayımlanıb

E3 tədbirində 2K Games tərəfindən təqdim olunan Civilization VI özünün yeni möhtəşəm qrafikası v..


E3 2016-da gözlənilən lakin təqdim olunmayan 5 oyun

Bu həftə keçirilən bomba E3 tədbiri olan E3 2016 artıq sona çatdı. Tədbirdə ən yadda qalan konfrans..

×