main-post-cover

    Clash of Clans\'dan rəsmi yenilənmə məlumatı: Town Hall 11 ilə gələn yeniliklər #6

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bu gün Clash of Clans xəbərlərinə yeni biri daha əlavə olundu. TH11 ilə gələn yeniliklər adı altında yayımlanan bu postda yenilənən strukturlar haqqında məlumat verilib. "Böyük Yenilik" adı altında yayımlanacaq bu versiyada həqiqətən hər şey kökündən dəyişir. Və onu da qeyd edək ki, bu dəfə TH11 son versiyası ilə görüntüləndi. Bu dəfə nə yeniliklər var? Başlayaq...
                        
    Diqqətli olun! Yeniliklər gəlir. Bu yenilikdə möhtəşəm dəyişimlər var:
    • Laboratoriya artıq 9.cu səviyyəyə yüksəldilir.
    • Sehirbaz qülləsi (Wizard Tower) 9.cu səviyyəyə yüksəldilir.
    • Qızıl və Eliksir deposu 12.ci səviyyəyə yüksəldilir.
    • Binanın 11.ci səviyyəsinin final görüntüsü hazırdır.
     
    Sehirbaz qülləsi artıq 9.cu səviyyəyə yüksələcək. Artıq onun da görüntüsü yeni fona uyğun olacaq. Nə qədər gücə və nə qədər qızıl qarşılığında yüksəldiləcəyi isə məlum deyil. Amma böyük gücə malik olacağı qeyd olunur. Belə ki, bütün yeniliklər də olmaqla yeni balans qurulacaq.
                       
    Yeni gələcək binanın da son variantı artıq belə olacaq. Yeni versiya bütün yenilənəcək strukturlarla tam uyumlu olacaq. Yeni depoların, laboratoriyanın da görünüşü binaya uyğun olub. Amma laboratoriyada nə yenilik olacaq, bu barədə də məlumat verilmir. Artıq depolar da 8 milyon yox, 10 milyon resurs saxlaya biləcək. Görünür, bu qədər artırılma varsa, əlavə yeni bir struktur əlavə oluna bilər.
     
    Yeni Sehirbaz qülləsinin görünüşü belədir:
                            
     
    Yeni qızıl deposunun görünüşü belədir:
                            
     
    Yeni Eliksir deposunun görünüşü isə belədir:
                            
     
    Yeniləmə ilə bağlı video budur:
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər