Clash of Clans 'dan rəsmi yenilənmə məlumatı: Town Hall 11 ilə gələn yeniliklər #8

Clash of Clans 'dan rəsmi yenilənmə məlumatı: Town Hall 11 ilə gələn yeniliklər #8

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bildiyimiz kimi oyunda TH11 ilə birlikdə böyük dəyişikliklər olacaq. Yeni müdafiələr, yeni hero və s. Bütün bunlarla yanaşı əsgərlərin də səviyyəsi artırılır. Təbii ki, əlavə olunan yeni müdafiə strukturlarından sonra belə olacağı gözlənilirdi. Həmin dəyişikliklər isə belədir...
 
İlk əsgər Miniondur. Yeni laboratoriya ilə gücü artırılacaq əsgər Miniondur. Oyuna yeni oxçu qülləsi və x-yay gəldikdən sonra bu hal labüd idi. Çünki, lavaloonion taktikasını demək olar ki, böyük kütlə istifadə edir. Həmin taktikanın işləməsi üçün oyunda balans qurulmalı idi. Yeni qrafikası ilə göz oxşayan bu əsgərin gücü böyük ölçüdə artırılıb. Yeni əsgərin detalları haqqında məlumat verilməsə də, müdafiəyə böyük zərbə vurduğu bilinir.
 
Digər yüksəldilən əsgər isə Witch\'dir. Əsgərin gücü haqqında detallar yenə də qeyd olunmur. Amma bu əsgərdə də ciddi dəyişikliklər var. Belə ki, 1.ci səviyyə Witch eyni anda 3 skelet olmaqla maksimum 6 skelet, 2.ci səviyyə Witch eyni anda 4 skelet olmaqla 8 skelet döyüşə çağırırdısa, 3.cü səviyyə Witch eyni anda 5 skelet olmaqla 10 skelet döyüşə çağıracaq. Bu da onun gücünü və savaş sırasında daha çox yaşamasını təmin edəcək.
 
Digər yeniliklər barədə də açıqlama edən Supercell yeni achievents(missiyalar) olacağını açıqladı. Bildiyiniz kimi oyunda missiyalar bölümündəki tapşırıqları yerinə yetirməklə siz həm xp, həm də gems əldə edirsiniz. TH10 olan oyunçuların əksəriyyəti bu missiyaların demək olar ki, hamısını tamamlayıb. Artıq TH11 ilə birlikdə yeni missiyalar da olacaq. Onlardan birinin nə olduğu dəqiq deyilməsə də, digəri klan qalasında qara sehir göndərmək tapşırığıdır. Adı məlum olmayan missiyanın ilk ulduzunda 100 xp və 150 gems, 100 qara sehir göndərməklə isə 20 xp və 20 gems qazanacasınız.
 
Digər yenilik isə hədəf ilə bağlıdır. Yeni versiyada artıq TH və klan qalası depo funksiyasını daşıyacaq. Savaş sırasında isə goblinlər ilk onu hədəf alacaqlar. Yəni, artıq goblinlər ona yaxın olan depoları məhv etdikdən sonra birbaşa binaya yönələcəklər. Bina və Klan Qalasına 2 qat zərbə endirəcəklər.
 
Klan Qalasını ildırım və zəlzələ sehirləri ilə yıxmaq mümkün olacaq. Amma əgər qala tam yıxılmasa orada mövcud olan qəniməti də ala bilməyəcəksiniz. Bu həmçinin TH üçün də keçərlidir. 11.ci səviyyədəki binanın isə resurs saxlamaq qabiliyyəti aşağıdakı şəkildəki kimi olacaq. Amma unutmayın, əgər binanı tam yıxmasanız, həmin resursu ala bilməyəcəksiniz.
 
Başqa düzəliş isə healer ilə bağlıdır. Artıq savaşda healer hansı əsgərə yönlənirsə, sona qədər onu qoruyacaq. Yeni taktikada Oxçu Kraliçanın arxasına 5-6 healer qoyduqda, bəzən onlardan 1 və ya 2si digər əsgərlərə yönəlir. Yeni versiyada bu düzəldiləcək və healarlər 1 əsgəri qoruyacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


PLAYSTATION PLUS-un İyul ayı oyunları bəlli oldu.

Sony, PS Plus üzvləri üçün İyul ayının oyunlarının siyahısını tərtib etdi. PS4 istfadəçiləri ..


Yeni God Of War oyununda Multiplayer dəstəyi olmayacaq !

Sony, keçən həftə E3 2016 tədbirində öz konfransında yeni God Of War oyununu təqdim etmiş və 10 də..


Final Fantasy-ni bitirmək üçün bizə 200 saat lazım olacaq.

Square Enix bir neçə həftə bundan qabaq Final Fantasy 15 -dəki Chocobo-lar haqqda 2 dəqiqəl..


Ön sifarişlə Mafia 3 alan oyunçular nə qazanacaqlar ?

2K Games-in səbirsizliklə gözlənilən oyunu olan Mafia 3-ü ön sifarişlə alacaq oyunçular üçün xüs..


Civilization VI-nın yeni gameplay videosu yayımlanıb

E3 tədbirində 2K Games tərəfindən təqdim olunan Civilization VI özünün yeni möhtəşəm qrafikası v..


E3 2016-da gözlənilən lakin təqdim olunmayan 5 oyun

Bu həftə keçirilən bomba E3 tədbiri olan E3 2016 artıq sona çatdı. Tədbirdə ən yadda qalan konfrans..

×