main-post-cover

    Clash of Clans\'dan rəsmi yenilənmə məlumatı: Yeni Qəhrəman: Grand Warden

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Clash of Clans oyununun yeni xəbərlərində bu dəfə yeni qəhrəman yer alıb. Grand Warden adlandırılan bu qəhrəmanın çox maraqlı özəllikləri və görünüşü var. Bu qəhrəman həm müdafiə zamanı, həm də hücum zamanı çox effektiv iş görür. Yeni qəhrəmanı TH11 olduqda aktivləşdirmək olacaq. Aşağı səviyyəli binalarda bu qəhrəmandan faydalanmaq olmayacaq.
                       
    İndi isə bu yeni qəhrəmanın gücü haqqında məlumat verək. Əvvəla onu qeyd edək ki, digər iki qəhrəmandan fərqli olaraq yeni qəhrəman böyük zərbə endirmir. Onun əsas funksiyası savaş zamanı böyük zərbə vurmaq deyil, əsgərlərə kömək etməkdir. Bir növ healer vəzifəsini yerinə yetirən qəhrəman onun aurası daxilində olan əsgərlərin canını bir miqdar artırır. Dota kimi oyunlara bələd olan oyunçular aura effektini daha dəqiq anlayacaqlar. Bu effekt passiv effektdir və əsgərlər onun əhatəsindən çıxdıqda heç bir kömək almır. Yeni qəhrəman qara eliksir ilə deyil, normal eliksir ilə alınıb yüksəldilə bilinir. Maksimum 20 səviyyədən ibarət olan qəhrəmanı iki hədəfdə yerləşdirə bilərsiniz. Havada və Yerdə olmaqla iki fərqli pozisiyası olan qəhrəman bir çox taktikalarda əvəzedilməz olacaq. Yeni qəhrəmanın gücü, canı və maksimum səviyyəsi isə aşağıdakı şəkildəki kimidir.
                       
    Hücum zamanı qəhrəmanın ətrafında dairəvi narıncı sahə yaranır. Aura adlanan bu sahədə əsgərlərin canı bir miqdar artır. Amma hər şey bununla bitmir. Qəhrəmanın digər iki qəhrəman iki xüsusi gücü də vardır. Belə ki, həmin gücündən istifadə olunduqda əsgərlər müəyyən zaman dilimində görünməz olur və heç bir zərər almır. Beləcə, hücum effekti daha da böyüyür. Qəhrəmanın özünün də zərbə endirməsi savaşı daha da asanlaşdırır.
                       
    İndi isə yeni qəhrəmanın müdafiə zamanı nə etdiyini izah edək. Əgər sizin ərazinizə hücum olunarsa, bu zaman yeni qəhrəman bir heykələ dönüşür. Onu qoyduğunuz yerdən asılı olaraq əsgərləri müdafiə edir. Deyək ki, mərkəzdə 3 qəhrəman və klan qalası var. Sizə hücum olunduğu təqdirdə yeni qəhrəman heykəl olaraq yenə də aura effektini yaradır. Narıncı dairə içərisində digər 2 qəhrəmanı və klan qalası əsgərlərinin canını artıraraq onları müdafiə edir. Həmin qəhrəman ölmədiyi təqdirdə bu savaşın axırına qədər davam edir. Əsgərləri qoruması ilə yanaşı həmçinin rəqibin əsgərlərinə də zərər vura bilir.
                      
    Yeni qəhrəman həm də müdafiə zamanı müdafiə strukturu rolunu oynayır. Yəni golem, hog rider, giant, baloon kimi əsgərlər hədəflərində birinci onu görərlərsə, ona hücum edəcəklər. Onu tamamilə yox etmədən əraziyə hücum etməyəcəklər. Nəzərə alaq ki, bu zaman da yeni qəhrəman əsgərlərə zərər verə bilir.
                     



    Linki kopyala