CNN xəbər agentliyi məşhur Youtuberi 25 milyon dollara transfer etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Xarici ölkələrdə istər blogerlik, istərsə də
vlog hazırlayan şəxslər yetərincə tanınırlar. Hətta onların yazdıqları və çəkdikləri
milyonlarca insan tərəfindən izlənir. Bu baxımdan Youtube-da vloq hazırlayan çoxlu
sayda insan mövcuddur. Bunlardan biri də ABŞ-da yaşayan Youtuber Casey Neistatdır. Belə ki, tanınmış Youtuber qısa zaman öncə 25 milyon dollar
müqabilində CNN media şirkətində fəaliyyətə başlayıb.
Hər zaman gündəmi izləyicilərə tam
zamanında təqdim edən CNN, Casey Neistatın sahib olduğu bir yayım tətbiqini 25
milyon dollara alaraq tətbiqin fəaliyyətini dayandırıb. Bundan əlavə Casey və
onun komandası artıq CNN şirkətinin tərkibində fəaliyyət göstərəcək. Tətbiqin
qurucularında biri olan Matt Hackett də artıq CNN-in tərkibində yer alacaq.
Bildiyiniz kimi CNN əsasən ciddi xəbər
agentliyi olaraq tanınır. Amma CNN-in Casey və Matt-ı öz daxilinə transfer etməsi
gələcəkdə şirkətin xəbər agentliyindən daha fərqli aspektlərdə fəaliyyət göstərəcəyinə
işarə edir. Hətta iddialara görə CNN bu transferlə əyləncəli yayıma üstünlük
verən şirkət qurmaq niyyətindədir. Vəziyyət belə olduqda Casey Youtuber olaraq
fəaliyyətini saxlaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək