main-post-cover

    Cobs və Voznyak tərəfindən qoyulmuş miras yüksək qiymətə satılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçirilmiş hərracda nadir tapılan Apple-1 kompüterinin ilk modellərindən biri yüksək qiymətə satılıb. Gözlənildiyi kimi kompüter sahibinə külli miqdarda vəsait qazandırıb.


     
    CharityBuzz hərracında 39 təklif olmuşdu. Hərracın bitməsinə bir neçə dəqiqə qalmış kompüterə verilən qiymət dəyəri 1.21 milyon dollar idi. Lakin sonuncu təklif son saniyələrdə ləğv edilmişdir. Technote.az"ın "Macdigger.ru" saytına istinadən verdiyi xəbərə əsasən beləliklə Apple-1 kompüteri 815.000$-a satılmışdır. Apple-1 "Apple” şirkətinin ilk kompüter modelidir. Sözügedən kompüter Stiv Cobs (Steve Jobs) və Stiv Voznyak (Steve Wozniak) tərəfindən hazırlanmışdır. O 1976-ci ildən 666.66$-a satılırdı. Ümumilikdə 200 ədəd Apple-1 kompüteri istehsal olunmuşdur. Məlumata əsasən bizim günlərə kimi onlardan yalnız 60 ədədi çatıb. Kompüter 30 ədəd mikrosxemi özündə birləşdirən platanın üzərində yığılmışdır. Qeyd edək ki, hərrac Charitybuzz xeyriyyəçilik platforması tərəfindən keçirilmişdir. Hərracda satılmış Apple-1 kompüterindən əldə olunmuş vəsaitin bir hissəsi xeyriyyəçilik üçün nəzərdə tutulub.

     
    Linki kopyala