Coca-Cola-nı dünya markası edən 7 marketinq strategiyası

Coca-Cola-nı dünya markası edən 7 marketinq strategiyası

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən il Coca-Cola şirkətinin Sahibkarlıq və İnnovasiya direktor köməkçisi David Butler, Linda Tisclerlə birlikdə şirkətin fəaliyyəti və necə bir marka halına gəldiyi haqda məlumat verən kitab yayımlamışdı.

Butler, Coca-Cola-nın necə ən çox içilən içki halına gəlməsi haqda məlumat paylaşıb. İlk dəfə 1886-cı ildə ortaya çıxan Coca-Cola-nın açıqladığı rəqəmlərə görə dünyada hər gün 1.9 milyard Coca-Cola satılır.

Maraqlıdır, Coca-Colanın belə uğur qazanmasının əsas səbəbi nədir? Butler, Coca-Cola-nın uğur qazanmasında vacib rol oynayan 7 vacib strategiyanı açıqlayıb.


1. Bənzəri olmayan və test edilmiş bir formula sahib idi.

 

Coca-Cola-nın ortaya çıxışı əslində təsadüf nəticəsində baş vermişdi. Əczaçı John Pemberton ağrı kəsici hazırlamaq istərkən Coca-Cola-nın formulunu ortaya çıxarıb. İlk illərində tərkibində alkoqol və hətta kokain olan sərinləşdirici içki qısa zamanda bir çoxları tərəfindən bəyənildi.

1903-cü ildə narkotik tərkibli maddələri içkinin tərkibindən çıxarmaq üçün çoxlu araşdırmalar aparıldı. Eyni problem növbəti illərdə də öz aktuallığını qorudu.

2.Qalıcı logonun ortaya çıxarılması vacib şərtdir.

Coca-Cola markasını təmsil edən şəxslər, markanın daşıdığı logonu "çəyirdək logo” adlandırırlar. Markanın logosu üzərində bir qisim dəyişikliklər olsa da, 1923-cü ildə standart logodan kənara çıxan olmayıb.


3.Qeydiyyatdan keçmiş bir qablaşdırma ilə tanıdıldı.

Coca-Cola-nın indiyədək dəyişməyən bir digər xüsusiyyəti onun qablaşdırmasıdır. 1888-ci ildə şirkəti 2300$ -a alan Asa Griggs Candler, 1915-ci ildə içkini brend halına gətirmək üçün içki üçün şüşə yarışı təşkil edir. The Root Glass adlı şirkət Coca adıyla oxşarlıq təşkil etdiyi üçün kakao ağacını şüşə dizaynı olaraq istifadə edib. Bu dizayn logodan sonra ikinci yeri ifadə edir. Hətta şüşə qabdakı Coca-Cola hal-hazırda da reklamlarda istifadə olunmaqdadır.

4.Standartlar hər zaman qorunmalıdır.

Coca-Cola şirkət olaraq fəaliyyət göstərdiyi müddətdə bir çox insanlar onun idarəsində yer alıb. Amma bu dövr ərzində ortaya qoyulan tələblərdən biri də Coca-Cola-nın müəyyən tempraturda içilməsidir. Bunun səbəbi tam olaraq bilinməsə də, güman olunur ki, tərkibi ilə əlaqədardır. Hal-hazırda elə bir tələb olmasa da "Soyuq için” yazısı içki şüşəsinin üzərində göstərilməkdədir.

5. 70 il ərzində içkinin qiyməti demək olar ki, heç dəyişmədi.

Coca-Cola satışa çıxdığı vaxtdan 1886-cı ildən 1959-cu ilədək qablaşdırmanın üzərində eyni qiymət göstərilmişdir. 70 il ərzində içki 5 sentə satılıb.


6.Coca-Cola markası reklamlarında deviz olaraq "Drink Coca-Cola / Delicious and refreshing” ifadəsini istifadə edərək dünyaya səs salmağı bacardı.

 

7 – İstehsalı hər zaman davam etdirəcək sistem qurdular.

Coca-Cola hazırda dünyanın fərqli yerlərindən 250-dən çox istehsalçı firma ilə işləyir. Və bütün bu firmalarda istehsalda eyni standartlardan istifadə olunur. Butler kitabında bu haqda bəhs edərkən belə bir cümlə istifadə edib: "Coca-Cola nəhəng bir şirkət deyil, o kiçik şirkətlərdən əmələ gələn bir sistemi təşkil edir.”

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×