Coca Cola-nı yəqin ki, çoxumuz içmək üçün alırıq. İstifadə edən zaman ətrafdan ziyanlı olduğu barədə məlumatları da almırıq desək yalan olar. Xüsusilə yaşca bizdən böyük olan kütlə, bu məhsulun orqanizmdə ağır fəsadlar törədəcəyini və hətta bizi öldürəcəyi ilə bağlı xəbərdarlıqlar edir. İndiyə qədər Cola-dan ölən adam görməsək də tərkibinin hələ də açıqlanmaması bəzi insanları tərəddüd içərisində buraxır. Bu gün sizlərə Coca Cola-nı içmədən ondan neceə fayda almağın 7 üsulunu öyrədəcəyik. Bəlkə bu 7 vasitədən sonra siz Cola-nı içki kimi istifadə etməyəcəksiniz.
1. Bağçadakı böcəkləri qurudun.
Əgər bağçanıza böcəklər varsa və siz bu lənətə gəlmişlərdən canınızı qurtarmaq niyyətindəsinizsə onlara Cola verin. Bir kasaya Cola töküb bağçada bitgilərin yaxınlığına yerləşdirin. Cola-nın qoxusuna gələn bu böcəklər onu içən zaman içində olan asit səbəbilə öləcəklər.
2. Maşınınızın şüşəsin buz tutubsa üzərinə Cola tökün.
Soyuq qış günlərində maşın şüşəsinin üzərində buzlar görsəniz üzərinə biraz cola tökün və yavaş-yavaş buzların əriməsini seyr edin.
3. Qazanı Coca Cola ilə təmizləyin.
Əgər tələbəsinizsə və qazanın dibində 2 həftədən çox çöküb qalan yanmış makaron varsa yeganə təmizləyici vasitə Cola ola bilər. Qazana Cola tökün və qaynadın. Nəticə mükəmməl olacaq.
4. Maşının şüşələrini təmizləyin.
Əgər maşının şüşələrində təmizlənməyi çətin olan ləkələr varsa, silgiyə biraz cola tökün və silin. Ləkədən əsər əlamət qalmayacaq.
5. Paslanmış dəmir.
Əgər maşının bəzi hissələri paslanıbsa yaxud dəmiri pas tutubsa, bu problemin həllində Cola sizə köməyə gələ bilər. Tam şüşə kimi nəticə olmasa da, paslardan böyük ölçüdə can qurtara bilərsiniz.
6. Yağ tökülmüş köynək.
Adətən yağ ləkəsi düşən anda analarımız "tez duz tök" deyə bizi məcbur edirlər. Lakin bir başqa üsul daha var. Bəli, Cola tökün və həmin yeri ovalayın. Böyük ehtimalla yağdan iz qalmayacaq.
7. Neft izlərindən can qurtarmaq.
Əgər evinizin qarşısında neftdən qaynaqlanan rəngli izlər varsa. İlk növbədə həmin ərazini su ilə yuyun daha sonra Cola töküb təmizləyin. Nəticədə iz yoxa çıxacaq.
Şərh yoxdur