Adətən yeni model iPhone\'lar təqdim olunmadan əvvəl onların konseptləri paylaşılır. Bu günə qədər iPhone 7 konseptlərinin bəlkə də ən bərbadını hazırlayan ConseptsiPhone Apple həvəskərlarını əməlli başlı əsəbləşdirib. Youtube üzəridnən xeyli məşhur olan ConseptsiPhone bugünə qədər verdiyini konseptlərlə izləyicilərin diqqətini cəlb etməyi bacarıb. Lakin iPhone 7 üçün hazırlanan video konsepti bir o qeder uğurlu adlandırmaq olmaz. Xüsusən iPhone 3G modelinə bənzəyən iPhone 7 ümid edirik ki, elə konsept olaraq qalar. Xarici görüşcə yaxşı görünməsə də texniki parametrləri və su keçirməzliyi diqqətə laiqdir deyə düşünürük.