Corabınızın tayını, televizorun pultunu axtarmaq dərdinə son verən startap : Pixie
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Pixie, həmişə itirdiyiniz əşyaların üzərinə yapışdırdığınız kiçik cihazlardan istifadə edərək, ağıllı telefonunuza yüklənən tətbiq vasitəsilə əşyanın yerini tapmağınıza kömək edir.
Həmişə itirdiyimiz və axtarmaq məcburiyyətində qaldığımız
şeylər var: açar, ev telefonu, televizorun pultu, corabımızın bir tayı, uşağın əmziyi
və s... Və nəhayət ki, texnologiya bu problemə də əl atdı və itirdiyimiz əşyaları
tapmaq üçün Pixie-ni yaratdı. Pixie, gitara mizrabı böyüklüyündə bir cihazdır və
itməyə meyilli əşyaların üzərinə yapışdırılır. Sonra da ağıllı telefonunuzdakı
tətbiq vasitəsilə artırılmış reallıq üzərindən əşyanın yerləşdiyi dəqiq yeri sizə
bildirir. Əgər daima mobil telefonunuzu hara qoyduğunu unudanlardansınızsa, tətbiqi
planşetə yükləməkdə fayda var.
Mizraba bənzəyən cihazın adı Pixie Point (Pixie nöqtəsidir).
Kaşelokumu hara qoyduğumu unutmayım, açarlarımı itirməyim, pişiyim gözümün
qabağından itməsin, uşağım iməkliyərkən ortadan itməsin, corabımın təki itib
getməsin deyirsinizsə, Pixie Point-i itirmək istəmədiyiniz əşyanın üstünə
yapışdırırsınız. Sonra da tətbiqi başladırsınız və tətbiq əşyanın sizdən
uzaqlığını deyir, size Pixie-lənmiş əşyaya doğru yönləndirir. Hətta harda
olacağına dair ümumi bir fikriniz varsa telefonun kamerasını o istiqamətə doğru
tutduğunuzda tətbiq, bir ox ilə əşyanın tam yerini göstərir.
Daxili məkan GPS-i deyə biləcəyimiz bir texnologiya ilə işləyən Pixie, Pokemon Go-nun əşya axtaran
klonu deyə təsvir edilir. 8 fərqli əşyanı axtara bilən Pixie, içəridə 12 metr,
küçədə isə 45 metr diametr bir uzaqlıq içərisində işləyə bilir. Yəni pişiyiniz
evdən çıxaraq bir daha evə qayıtmayıbsa edəcək çox da bir şey yoxdur.
Eynək və s. kimi əşyalar üçün biraz böyük ölçülü olan
pixie-nin biraz daha kiçilməsini gözləmək lazım olacaq. Yenə də Pixie, evin
içində daima itən açar, pult kimi əşyaları tapmaq üçün yaxşı bir köməkçi vasitədir.
Üstəlik sizə "harada qoymusansa ordadır!” deyə cavab da vermir.
2-li və ya 4-lü paketlərdə satışa çıxacaq Pixie-nin bir ədədi25 dollardır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ