Corabınızın tayını, televizorun pultunu axtarmaq dərdinə son verən startap : Pixie

08.05.2017 0 PAYLAŞIM 5436 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Pixie, həmişə itirdiyiniz əşyaların üzərinə yapışdırdığınız kiçik cihazlardan istifadə edərək, ağıllı telefonunuza yüklənən tətbiq vasitəsilə əşyanın yerini tapmağınıza kömək edir.

Həmişə itirdiyimiz axtarmaq məcburiyyətində qaldığımız şeylər var: açar, ev telefonu, televizorun pultu, corabımızın bir tayı, uşağın əmziyi və s... Və nəhayət ki, texnologiya bu problemə də əl atdı və itirdiyimiz əşyaları tapmaq üçün Pixie-ni yaratdı. Pixie, gitara mizrabı böyüklüyündə bir cihazdır və itməyə meyilli əşyaların üzərinə yapışdırılır. Sonra da ağıllı telefonunuzdakı tətbiq vasitəsilə artırılmış reallıq üzərindən əşyanın yerləşdiyi dəqiq yeri sizə bildirir. Əgər daima mobil telefonunuzu hara qoyduğunu unudanlardansınızsa, tətbiqi planşetə yükləməkdə fayda var.

Mizraba bənzəyən cihazın adı Pixie Point (Pixie nöqtəsidir). Kaşelokumu hara qoyduğumu unutmayım, açarlarımı itirməyim, pişiyim gözümün qabağından itməsin, uşağım iməkliyərkən ortadan itməsin, corabımın təki itib getməsin deyirsinizsə, Pixie Point-i itirmək istəmədiyiniz əşyanın üstünə yapışdırırsınız. Sonra da tətbiqi başladırsınız və tətbiq əşyanın sizdən uzaqlığını deyir, size Pixie-lənmiş əşyaya doğru yönləndirir. Hətta harda olacağına dair ümumi bir fikriniz varsa telefonun kamerasını o istiqamətə doğru tutduğunuzda tətbiq, bir ox ilə əşyanın tam yerini göstərir.

 

Daxili məkan GPS-i deyə biləcəyimiz bir texnologiya ilə işləyən Pixie, Pokemon Go-nun əşya axtaran klonu deyə təsvir edilir. 8 fərqli əşyanı axtara bilən Pixie, içəridə 12 metr, küçədə isə 45 metr diametr bir uzaqlıq içərisində işləyə bilir. Yəni pişiyiniz evdən çıxaraq bir daha evə qayıtmayıbsa edəcək çox da bir şey yoxdur.

Eynək və s. kimi əşyalar üçün biraz böyük ölçülü olan pixie-nin biraz daha kiçilməsini gözləmək lazım olacaq. Yenə də Pixie, evin içində daima itən açar, pult kimi əşyaları tapmaq üçün yaxşı bir köməkçi vasitədir. Üstəlik sizə "harada qoymusansa ordadır!” deyə cavab da vermir.

2-li və ya 4-lü paketlərdə satışa çıxacaq Pixie-nin bir ədədi25 dollardır.