
Çox güman ki səhv istifadə etdiyiniz 9 sosial media emosiyası
Sosial Media
07.05.2017
Farid Pardashunas
Bir görüntü 1000 sözə bədəl olduğu və bizlər də daha az zamanda daha çox şey deməyi sevdiyimiz üçün internet üzərindəki əlaqələrimizdə tez-tez şəkillərdən istifadə etməyi sevirik.
Onlayn mesajlaşmalarımızda hisslərimizi
qarşı tərəfə sadəcə sözlər vasitəsilə bildirmənin çətinliyi də buna əlavə
edilincə, şəkillər yerlərini daha praktiki olan işarələrə (bundan sonra emosiya)
təhvil verdilər.
Bu məqsədlə gülümsəməni ifadə etməsi üçün ortaya çıxan J emosiyası o qədər məşhur
oldu ki, zamanla hisslərimizi ifadə edən bir çox oxşar emosiya istifadə edilməyə
başlandı. Lakin bəzi işarələr tam olaraq xəyal etdiyimiz mənaların qarşılığı
deyil. Bu yazımızda çox gümanki sizin də səhv istifadə etdiyiniz emosiyalar barədə
danışacağıq.
Quyruqlu Ulduz

Təsiredici görüntüsü səbəbi ilə əsasən quyruqlu ulduz və
bu səbəbdən dilək tutmağı yada salır. Yaxşı şans diləmək üçün də istifadə
edildiyi olur. Amma əslində cizgi filmlərindən aşina olduğumuz bir baş gicəllənməsi
vəziyyətini ifadə edir.
Dovşan qulaqlı rəqs edən qızlar

Adətən xoşbəxtlik və ya qız-qıza əylənmək mənasında
istifadə edilir. Lakin bu emosiya xüsusilə uzaq şərq üçün, dovşan qızlar və bənzər
cosplay kostyumları ifadə etmək üçün hazırlanıb.
Dua edən əllər

Nə zaman bir fəlakət olsa və ya birinin köməyə ya da dəstəyə
ehtiyacı olsa digərləri dəstəklərini bu emosiya ilə göstərirlər. Lakin əslində
bu emosiya qarşısındakı şəxsdən üzr istəmək və ya minnətdarlığını ifadə etmək
üçün ortaya çıxıb.
Əllər başın üstündə

Bu emosiya əsasən iki fərqli şeyi ifadə etmək üçün
istifadə edilir. Bunlardan ilki böyük bir təəccüb və ya heyrətlənməkdir. İkinci
olaraqsa əllərin yuxarıda birləşməsi bir çox istifadəçi tərəfindən baletə
oxşadılır. Amma əslində bu emosiyanın ortaya çıxma səbəbi OK yəni Yaxşı mənasına
gələn bir işarədir.
Açıq əllər

Bu əsasən istifadəçilərin bir şeyi rədd etdiklərində
istifadə etdikləri bir emosiya olsa da, əslində qucaqlamaq mənasında
hazırlanıb.
Yatan adam

Yerdə yatan bir adama oxşayan bu emosiya istifadəçilərin
düşüncəli olduqlarında istifadə etdikləri bir emosiyadır. Amma əslində bu
birindən üzr istəmək və ya birinə hörmət göstərmək məqsədi ilə ortaya çıxan bir
emosiyadır.
Tərləyən üz

Alnından bir damla tər damlayan bu emosiya ya çox işləmək,
həddindən çox fiziki yorğunluq ya da kədər mənasında istifadə edilir. Amma əslində
bu stress və problem dolu bir vəziyyəti ifadə etmək üçün yaradılıb.
Əli havada qadın

Bir əlini "məzələnirmiş” kimi havaya qaldırmış olan bir qadını göstərən bu
emosiya adətən "səndən daha yaxşıyam” demək və ya deyilən bir sözü ciddiyə
almamaq mənasında istifadə edilir. Amma əslində "sizə necə kömək edə bilərəm”
deyən bir xidməti personalı ifadə edir.
Kədərli üz

Gözündən damlayan bir damla göz yaşı ilə kədərli, hətta
ağlayan birini göstərdiyini düşündüyünüz bu emosiya əslində yuxusu gəlmək mənasını
daşıyır.
Linki kopyala
Həftənin xəbərləri

