main-post-cover

    Çox qısa müddətdə səyahətsevərlərin sevimli tətbiqinə çevrilən yerli tətbiq - "VisitedX"

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Son günlər facebook sosial şəbəkəsində məşhurlaşan və paylaşılan yerli tətbiq "VisitedX" turizm sevənlərin və səyahət edənlərin sevimli tətbiqinə çevrilməyi bacardı. Çox qısa zaman ərzində istifadəçi kütləsi toplayan və müəyyən məlumat bazası əldə edən tətbiqin hədəfi təbii ki, qlobal arenadır.

     
    İstifadəçilərin səyahət təcrübələrini bölüşdüyü bu sadə tətbiq vasitəsilə, səyahət etdiyiniz ölkələri yaxud hər hansı bir ölkə daxilində səyahət etdiyiniz regionları işarələyə bilərsiniz. Nəticə etibarilə, sizə təqdim olunan xəritədə dünyanın hansı ölkələrində olduğunuz və dünyanın nə qədər hissəsini gəzdiyinizin məlumatı təqdim olunur.
     
     
    Tətbiqin istfadəsi sadədir: Səyahət et! - Tətbiqdən İstifadə Et - Paylaş! AndroidiOS platformaları üçün mövcud olan tətbiq yerli mütəxəssislər tərəfindən hazırlanıb. Ətraflı məlumat üçün www.visitedx.com saytını ziyarət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər