Çoxdan gözlənilən Whatsapp yeniliyi yayımlandı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Müəyyən müddət əvvəl Android platformalarına gələn WhatsApp yenilənməsi artıq iOS platformasında da yerini alıb. Bundan əlavə bir çox yeniliklər də istifadəyə verilib
iOS 10 ilə birlikdə iMessage-ə gələn
bir sıra yeniliklər WhatsApp-da da özünü biruzə verməyə başlayıb.
İstifadəçilər tərəfindən uzun müddətdir
gözlənən yenilənmə nəhayət iOS platformasına da gəldi.
Şəkil və videoları xüsusiləşdirə biləcəksiniz
Artıq çəkdiyiniz fotolara və videolara yazı
yaza, şəkil çəkə və emoji əlavə edəcəksiniz.
Tərkibində müxtəlif yazı fontları və şəkil
çəkmək üçün fırça tipləri olan tətbiqi App Store-dan endirə bilərsiniz. Bundan əlavə iMessage-ın sahib olduğu effektli mesaj göndərmə variantları sonrasında Whatsapp, Snapchat-da gördüyümüz dizayn xüsusiyyətlərini proqrama daşınıb.
Qruplara dəvət etmək daha asandır
Artıq qrup idarəçiləri, tətbiq üzərindən
qrupa qatılmaq istəyən şəxslər üçün link paylaşaraq, prosesi daha da asanlaşdıra biləcəklər.
Beləliklə, əvvəllər olduğu kimi telefon
nömrəsi paylaşma, kontakta əlavə etmə və sonra da qrupa əlavə etmə kimi uzun
yollar keçmək məcburiyyətindən canınız qurtaracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)