

Müəyyən müddət əvvəl Android platformalarına gələn WhatsApp yenilənməsi artıq iOS platformasında da yerini alıb. Bundan əlavə bir çox yeniliklər də istifadəyə verilib
iOS 10 ilə birlikdə iMessage-ə gələn bir sıra yeniliklər WhatsApp-da da özünü biruzə verməyə başlayıb.
İstifadəçilər tərəfindən uzun müddətdir gözlənən yenilənmə nəhayət iOS platformasına da gəldi.
Şəkil və videoları xüsusiləşdirə biləcəksiniz
Artıq çəkdiyiniz fotolara və videolara yazı yaza, şəkil çəkə və emoji əlavə edəcəksiniz.
Tərkibində müxtəlif yazı fontları və şəkil çəkmək üçün fırça tipləri olan tətbiqi App Store-dan endirə bilərsiniz. Bundan əlavə iMessage-ın sahib olduğu effektli mesaj göndərmə variantları sonrasında Whatsapp, Snapchat-da gördüyümüz dizayn xüsusiyyətlərini proqrama daşınıb.
Qruplara dəvət etmək daha asandır
Artıq qrup idarəçiləri, tətbiq üzərindən qrupa qatılmaq istəyən şəxslər üçün link paylaşaraq, prosesi daha da asanlaşdıra biləcəklər. Beləliklə, əvvəllər olduğu kimi telefon nömrəsi paylaşma, kontakta əlavə etmə və sonra da qrupa əlavə etmə kimi uzun yollar keçmək məcburiyyətindən canınız qurtaracaq.
Şərh yoxdur