

Reagent Studios tərəfindən hazırlanan Crackdown 3 oyunu 2017-ci ilə təxirə salınıb. Studiyanın verdiyi məlumata əsasən 3-cü hissənin ən vacib cəhətlərindən biri multiplayer rejimidir. Həmin rejimi isə qeyd olunmuş tarixə qədər mükəmməl şəkildə hazırlamaq mümkün olmadığından oyun gələn ilə təxirə salındı. Bundan əlavə olaraq studiya multiplayerdən əlavə olaraq oyunun digər xüsusiyyətlərini də mükəmməl vəziyyətdə etmək istəyir. Oyun gələn il Xbox One ilə birlikdə Windows 10 dəstəkli PC-lər üçün də satışa çıxacaq. Qeyd edək ki, oyun E3 2016 sərgisində təqdim olunmayacaq. Lakin onun haqqında məlumatlar yaxın gələcəkdə paylaşılacaq.
Şərh yoxdur