main-post-cover

    CS:GO\'dan təhqir dolu yeni Türk xəritəsi.

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Ölkəmizdə və Türkiyədə xeyli oyunçusu olan Counter Strike: Global Offensive oyunu üçün 1.6 GB həcmində yenilənmə gəldi.

    Hal hazırda ən çoxoynanılan və kifayətqədər məşhur olan Counter Strike:Global Offensive oyunu üçün yenilənmə yayımlandı. Lakin maraqlı yenilənmələrlə yanaşı türk dünyasını təhqir edən detallar oyunçular tərəfindən heç də bir mənalı qarşılanmadı. 1.6 GB yenilənmədə 7 yeni xəritə, Wildfire adında yeni bir bilet,yeni qutu və bir çox silah rəngləri və əlavə olaraq əfsanəvi Nuke xəritəsinin yeni versiyası oyuna əlavə olunub.

    Lakin bu yenilənmədə bizim ən çox diqqətimizi çəkən bir məqam oldu. Mikla adlı xəritə sanki Türklər üçün hazırlanıb. Wildfire bileti ilə oynanılan bu xəritənin daxilində türk dilində divar rəsimləri mövcuddur. Bundan əlavə Türk kabab dükanları, Türk marketləri və Mustafa Kamal Atatürkün də şəkili yer almaqdadır. İşin problemi olan hissəsi isə CS:GO mütəxəssislərinin bu xəritədə türk dilində ağızlarına gələni yazmasıdır.


     
    İlk baxışdan xəritə gözəl görünür, lakin detallı görüntülərə baxdığımız zaman nə qədər bərbad və təhqir dolu olduğunu açıq gözlə görə bilərik. Aşağıdakı şəkillərə baxıb fikir bildirməyinizi xahiş edirik.




     
    Operation Wildfire üçün tək bilet vasitəsilə yeni konsepti test etmək mümkündür. Əgər konsepti bəyənsəz 6$ ödəməklə xəritələri əldə edəbilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər