2012-ci ilin Avqustundan bəri Marsda olan Curiosity kosmik robotu bizim Marsı, onun səthini və orada heç olmasa bakterial səviyyədə həyatın olub olmadığını araşdırmaq üçün çox böyük işlər görüb. Curiosity kosmik robotu NASA-nın ən uğurlu missiyalarından biridir. Məsələn onun köməkliyi ilə bilmişik ki, təxminən 3 milyard il əvvəl Marsda Yerdəki kimi dənizlər, göllər və ən əsası axan çaylar olub.
İndi isə Curiosity Marsın qum təpələrinə yol alıb və mükəmməl görüntülər əldə edib. O indiyə qədərki kosmik robotların edə bilmədiyi işi edib. Bundan əvvəl heç bir robot bunu etməmişdi. Bu bir ilkdir.
Curiosity yalnız şəkil çəkməyib. O qumdan nümünələr götürərək öz kiçik laboratoriyasında təhlil edəcək. Məqsəd qumun tərkibini və qum təpələrinin külək tərəfindən necə formalaşdığını araşdırmaqdır. Çünki onlar Yerdəkindən çox fərqlidir.
İndi isə Curiosity-nin yolladığı mükəmməl görüntülərə baxaq:
Şərh yoxdur