main-post-cover

    Cyanogen rəqib tanımır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Developerlərin göz ağrısı olan, android sistemində öz sözünü deyən Cyanogen 50 milyon istifadəçiyə xidmət etdiyini rəsmən açıqladı. Bu minvalla şirkət Windows Mobile və Blackberry OS-nin cəmindən daha çox istifadəçi cəlb edərək onları geridə qoydu. Bununla da rəqibsiz olma yolunda inamla addımlayır. Yəni Android və İOS-in hegemon olduğu bazarda onlara ciddi bir rəqib durumuna gəlib.
    Olduqca populyarlaşan CyanogenMod 2014-cü ildə 10 milyon istifadəçi baryerini yeni aşsada, bu ilki göstərici ilə rəsmən rekord qırdı. Yüklənmə prosesləri heç də asan olmayan ROM-lar bu qədər insan tərəfindən sahiblənərək şirkətin bu işdə çəkdiyi zəhmətlərin qarşılığını göstərir.
    Cyanogen bu günlərdə verdiyi bəyənatla Android platformalı orta səviyyə ağıllı telefonlar üçün rəsmi dəstək planını genişləndirdiyini açıqladı. Şirkət bundan sonra Huawei, Motorola, Xiaomi, Oppo, Samsung, HTC, LG Smartfen və WileyFox-un seçilən daha çox cihazında ROM qura biləcəklərini qeyd edir. Huawei-nin Honor 4 və 4x, Ascend Mate 2, Snapto; Motorola-nın Moto E və G; Xiaomi-nin Mi3w və Mi4; Oppo-nun R7, R7Plus, R5Plus, Samsung-un Galaxy S5 və S5 Duos modelləri bunlardan sadəcə bir neçəsidir. Şirkət gələcəkdə daha çox orta səviyyə telefonlara dətək verəcəklərini qeyd edərək yeni çıxacaq olan super modellər üçün də çalışmalarının olduğunu bildirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər