Mobil dünyanın əfsanə telefonları arasında yer alan LG G2 böyük bir
ehtimalla Android 6.0 Marshmallow yenilənməsini almayacaq. Amma bu
telefon diqqətdən kənarda qalmayacaq. Çıxış tarixindən bu yana böyük
satış performansı göstərmiş G2 üçün populyar ROM dizayneri Cyanogen
Android 6.0 versiyalı CM13\'ü yayımladı.
LG G2 ÜÇÜN ANDROİD 6.0 VERSİYALI CM 13 ARTIQ YÜKLƏNİLƏ BİLƏR
CyanogenMod kimi xüsusi əməliyyat sistemlərini cihazınıza yükləyə bilməyiniz üçün telefonunuzda Recovery(CWM, TWRP) modunun olması lazımdır. Əgər xüsusi rom yükləmək barədə təcrübəniz varsa LG G2 üçün Android 6.0 CM13\'ü buradan endirə bilərsiniz. Əsas sistemi yüklədikdən sonra isə lazım olan Google App\'ları isə buradan yükləyə bilərsiniz.
Şərh yoxdur