Daha bir əfsanə geri qayıdır. SEGA Mega Drive-ın yeni modeli satışa çıxacaq

Daha bir əfsanə geri qayıdır. SEGA Mega Drive-ın yeni modeli satışa çıxacaq

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

SEGA şirkəti iki oyunçu üçün nəzərdə tutulmuş Mega Drive oyun konsolunun yeni modelini və bir oyunçu üçün nəzərdə tutulmuş portativ konsolu satışa çıxartmağa hazırlaşır. Hər iki cihazı SEGA lisenziyası əsasında At Games adlı Çin şirkəti istehsal edəcək. Bu şirkət daha öncə də bir sıra retro konsolları yenidən istehsal etmişdir. SEGA-nın yeni konsolu orijinal Mega Drive kartriclərini dəstəkləyəcək və iki gamepad-la birlikdə satılacaq. Həmçinin konsol televizora HDMI girişi vastəsilə qoşulacaq. Mega Drive Portable adlı portativ konsol isə 3.2 inç ekrana sahib olacaq. O özündə gamepad-ı birləşdirən korpusdan ibarət olacaq və standart USB girişi vasitəsilə enerji yığma xüsusiyyətinə sahib olacaq. Maraqlısı ondadır ki, hər iki konsolun yaddaşına SEGA tərəfindən son 10 il ərzində satışa çıxarılmış 80 məşhur oyun da yazılıb. Həmin siyahıda Sonic the Hedgehog, Mortal Kombat, Golden Axe, Comix Zone kimi məşhur oyunlar yer alıblar.


Siyahıdakı istənilən oyunları pulsuz şəkildə və kartric olmadan oynamaq mümkün olacaq. Sadəcə olaraq konsolu televizora qoşmaq kifayət edəcək (söhbət portativ konsoldan getmir təbii ki). Hər bir konsol $65 qiymətinə satılacaq. Konsolların hansı ölkələrdə satılacağı hələki məlum deyil. Lakin SEGA çox güman ki, bu konsolları böyük tirajlarla istehsal etməyəcək. Artıq bir sıra mağazalar sözügedən konsolların ön sifarişlərini qəbul etməyə başlayıblar. Hər iki cihaz bu ilin oktyabr ayında satışa çıxacaq. SEGA-nın bildirdiyinə görə şirkət bu konsolları Sonic the Hedgehog oyununun 25 illiyi münasibətilə istehsal edir. Lakin biz elə düşünürük ki, Pokemon GO oyununun uğuru olmasaydı şirkət bu cür addım atmayacaqdı. Belə ki, Pokemon GO oyunu göstərdi ki, bir neçə onilliklər bundan öncə yaranmış oyun personajlarına çox böyük tələbat var. Keçən həftə isə Nintendo öz məşhur konsolunun yeni versiyası NES Classic Edition-u anons etmişdir. NES Classic Edition 11 Noyabr 2016-cıil tarixində satışa çıxacaq (SEGA-nın konsollarından bir ay sonra).


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×