main-post-cover

    Daha bir məşhur oyun əsasında film bizi gözləyir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Straight Up Films studiyası Square Enix şirkəti tərəfindən hazırlanmış Thief oyunu əsasında film hazırlamaq üçün bütün müəllif hüquqlarını əldə edib. Filmin ssenarisi ilə Simon Boyes məşqul olacaq. Filmin çəkiliş qrafiki ilə premyera tarixi hələki bilinmir. Rejissorun da kimin olacağı tam aydın deyil. Görünür film hələ hazırlanma mərhələsinin lap əvvəlindədir. Qeyd edək ki, bu ilin axırı həmçinin digər məşhur oyun seriyası olan Assassin's Creed əsasında film böyük ekranlara çıxacaq. Nəzərinizə çatdıraq ki, Thief oyun seriyasının ilk hissəsi 1998-ci ildə satışa çıxıb. Oyun seriyasının bütün hissələrində baş qəhrəman Garrett adlı oğru olub. 1998-ci ildə çıxmış oyundan sonra seriyanın bir neçə hissəsi satışa çıxdı. Son oyun isə 2014-cü ildə işıq üzü görmüşdü.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər