main-post-cover

    Daha bir qulaqlıq girişi olmayan telefon da HTC-dən gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mənşəyi on illər əvvəlinə söykənən 3.5 mm qulaqlıq girişi, ilk telefonlarla birlikdə mobil bazara da addımını atmışdı. İndi isə komponentin öz əhəmiyyətini itirməyə başladığını görürük.

    Ağıllı telefonlarda 3.5 mm qulaqlıq girişini fəda etmə trendi gedərək maraq görməyə başladı. iPhone 7 seriyasında, LeEco Le Pro 3 modelində və indi də "HTC"nin yeni Bolt adındakı operator telefonunda 3.5 mm qulaqlıq girişi qaldırıldı. Bunun yerinə model USB Type-C standartı üzərindən səs ötürülməsi funksiyasını yerinə yetirəcək.
    ABŞ-nın "Sprint" operatoruna xüsusi olaraq hazırlanan HTC Bolt adındakı model, HTC 10 modelinin bir az əldən keçirilmiş halı olaraq kimi görünür. Metal gövdəyə sahib olan telefonun Homedüyməsinə barmaq izi skanı inteqrasiya edilmişdir. Arxa tərəfində isə ən yuxarıda yerləşdirilmiş LED diqqəti çəkir. Hələlik HTC Bolt modelinin təchizatı ilə əlaqədar bilinənlər çox azdır, ancaq bilinən odur ki, ən az admiral gəmisi səviyyəsində olduğu söhbətləri gəzir. Bu baxımdan HTC 10 bənzəri bir konfiqurasiya ilə qarşılaşa bilərik. Yəni Bolt adındakı model Snapdragon 820 prosessor, 4 GB LPDDR4 RAM, 5.2 düymlük 2K ekran, 12 MP dəqiqliyində arxa kamera, 3000 mAh tutumlu batareya kimi xüsusiyyətləri ilə qarşımıza çıxa bilər.
     
     

     
        Polad Tağıoğlu
       Redaktor
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər