main-post-cover

    Daha iki studiya fəaliyyətini dayandırdı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti rəsmi olaraq bildirib ki, Lionhead Studios öz fəaliyyətini dayandırıb. Studiyanın hazırladığı Fable Legends oyunu isə ləğv edilib. Bundan əlavə Press Play Studios da fəaliyyətini dayandırıb. Onların hazırladıqları Project Knoxville oyunu da tamamilə ləğv edilib. Microsoft Studios Europe-un baş menecerinin sözlərinə görə bu cür qərarı qəbul etmək şirkət üçün çox çətin idi. 
    "Bütün Xbox komandasının adından demək istəyirəm ki, bu çətin qərarlara baxmayaraq bizlər İngiltərə və Avropada çalışan professional kollektivlərin dəstəklənməsində maraqlıyıq. Xbox-a bundan sonra da yüksək keyfiyyətli oyunlar çıxacaq. Bu istər Quantum Break kimi action olsun, istərsə də Ori and the Blind Forest kimi platformer oyun olsun". Microsoft sözügedən studiyalarda çalışmış bütün işçilərə minnətdarlığını bildirərək onlara söz verib ki, digər studiya və şirkətlərdə yeni iş yerlərinin tapılması üçün onlara kömək edəcək. Lionhead və Press Play studiyalarının işsiz qalmış kollektivləri artıq digər studiyalardan iş təklifləri alıblar. Məsələn The Chinese Room studiyasının təsisçisi Jessica Curry Lionhead studiyasının keçmiş işçilərini Everybody's Gone to the Rapture oyununun kollektivinə qatılmağı təklif edib. 
     
     
    Square Enix şirkətinin təmsilçisi Phil Elliott Press Play komandasının keçmiş üzvlərini isə Hitman seriyasının yaradıcısı IO Interactive studiyasına dəvət edib. Boş iş vakansiyaları haqqında elanları oyun sektorunun digər parlaq simaları da sosial şəbəkələrə yerləşdiriblər.
     
     

     


    Linki kopyala