Daha iki studiya fəaliyyətini dayandırdı

Daha iki studiya fəaliyyətini dayandırdı

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Microsoft şirkəti rəsmi olaraq bildirib ki, Lionhead Studios öz fəaliyyətini dayandırıb. Studiyanın hazırladığı Fable Legends oyunu isə ləğv edilib. Bundan əlavə Press Play Studios da fəaliyyətini dayandırıb. Onların hazırladıqları Project Knoxville oyunu da tamamilə ləğv edilib. Microsoft Studios Europe-un baş menecerinin sözlərinə görə bu cür qərarı qəbul etmək şirkət üçün çox çətin idi. 
"Bütün Xbox komandasının adından demək istəyirəm ki, bu çətin qərarlara baxmayaraq bizlər İngiltərə və Avropada çalışan professional kollektivlərin dəstəklənməsində maraqlıyıq. Xbox-a bundan sonra da yüksək keyfiyyətli oyunlar çıxacaq. Bu istər Quantum Break kimi action olsun, istərsə də Ori and the Blind Forest kimi platformer oyun olsun". Microsoft sözügedən studiyalarda çalışmış bütün işçilərə minnətdarlığını bildirərək onlara söz verib ki, digər studiya və şirkətlərdə yeni iş yerlərinin tapılması üçün onlara kömək edəcək. Lionhead və Press Play studiyalarının işsiz qalmış kollektivləri artıq digər studiyalardan iş təklifləri alıblar. Məsələn The Chinese Room studiyasının təsisçisi Jessica Curry Lionhead studiyasının keçmiş işçilərini Everybody\'s Gone to the Rapture oyununun kollektivinə qatılmağı təklif edib. 
 
 
Square Enix şirkətinin təmsilçisi Phil Elliott Press Play komandasının keçmiş üzvlərini isə Hitman seriyasının yaradıcısı IO Interactive studiyasına dəvət edib. Boş iş vakansiyaları haqqında elanları oyun sektorunun digər parlaq simaları da sosial şəbəkələrə yerləşdiriblər.
 
 

 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×