
Dailymotion hesabları hackerlər tərəfindən oğurlandı!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Dünyanın ən çox ziyarət edilən saytları arasında yer alan Dailymotion-a edilən hücumda milyonlarla istifadəçinin hesab məlumatları oğurlandı. Bəs hadisə tam olaraq necə baş verib?
YouTube kimi video paylaşım xidməti verən Fransız DailyMotion, günə hacking xəbəri ilə oyandı. Hackerlərin DailyMotion serverlərinə daxil olduğu və 85 milyon istifadəçinin məlumatlarını oğurladığı bilindi.
Ancaq, istifadəçilərdən sadəcə 18 milyonunun şifrə məlumatının kodlaşdırılmasının qırıldığı da dəqiqləşdirildi. Başqa bir deyimlə, hackerlər 18 milyon DailyMotion istifadəçisinin hesablarını ələ keçirdilər. Hadisənin 20 Oktyabrda reallaşmış olduğu da dəqiqləşdi.
DailyMotion indi istifadəçilərinə xəbərdarlıqlar göndərərək təhlükəsizlik tədbirlərini artırmalarını məsləhət görür. Əgər DailyMotion hesabınız varsa və burada istifadə etdiyiniz e-mail/şifrə cütlüyünü başqa servislərdə də istifadə edirsinizsə, hamısını dəyişdirməyiniz sizin üçün xeyirli olacaqdır.
Linki kopyala
Həftənin xəbərləri

