
Darth Vader geri qayıdır
Digər
07.05.2017
Farid Pardashunas
Making Star Wars mənbəsinin verdiyi məlumata görə sith-lərin lordu Darth Vader "Rogue One: A Star Wars Story" filmində geri dönəcək. Qeyd edək ki, bu mənbənin "Star Wars: The Force Awakens" filmi haqqında vaxtı ikən verdiyi məlumatlar düz çıxmışdır. Məlumata əsasən Lucasfilm mütəxəssisləri Darth Vader-in "Star Wars: A New Hope" filmindəki geyiminin tam oxşarını yaradıblar. Bundan əlavə olaraq Darth Vader-i səsləndirmiş aktyor James Earl Jones yenidən işə cəlb oluna bilər. Lakin sith-lərin lordunun geyimi altında kimin olacağı bilinmir. Məşhur film seriyasının orijinal hissələrində Darth Vader obrazını canlandırmış aktyor David Prowse çətin ki, həmin obraza qayıtsın. Belə ki, vaxtı ikən aktyor ilə Lucasfilm şirkəti arasında soyuq münasibətlər yaranmışdı. Güman olunur ki, filmdə imperiyanın təhlükəli silahının çertyojlarını oğurlamağa çalışacaq partizanlardan bəhs olunacaq. Baş rolları isə Felicity Jones, Mads Mikkelsen, Ben Mendelsohn, Alan Tudyk, Diego Luna, Forest Whitaker, Donnie Yen, Riz Ahmed, Jonathan Aris və Atilla Kerekes canlandıracaqlar. "Rogue One: A Star Wars Story" filminin premyerası 15 Dekabr 2016-cı il tarixinə planlaşdırılır.
Linki kopyala
Həftənin xəbərləri

