Darth Vader geri qayıdır

Darth Vader geri qayıdır

Digər
08.05.2017 PAYLAŞIM

Making Star Wars mənbəsinin verdiyi məlumata görə sith-lərin lordu Darth Vader "Rogue One: A Star Wars Story" filmində geri dönəcək. Qeyd edək ki, bu mənbənin "Star Wars: The Force Awakens" filmi haqqında vaxtı ikən verdiyi məlumatlar düz çıxmışdır. Məlumata əsasən Lucasfilm mütəxəssisləri Darth Vader-in "Star Wars: A New Hope" filmindəki geyiminin tam oxşarını yaradıblar. Bundan əlavə olaraq Darth Vader-i səsləndirmiş aktyor James Earl Jones yenidən işə cəlb oluna bilər. Lakin sith-lərin lordunun geyimi altında kimin olacağı bilinmir. Məşhur film seriyasının orijinal hissələrində Darth Vader obrazını canlandırmış aktyor David Prowse çətin ki, həmin obraza qayıtsın. Belə ki, vaxtı ikən aktyor ilə Lucasfilm şirkəti arasında soyuq münasibətlər yaranmışdı. Güman olunur ki, filmdə imperiyanın təhlükəli silahının çertyojlarını oğurlamağa çalışacaq partizanlardan bəhs olunacaq. Baş rolları isə Felicity Jones, Mads Mikkelsen, Ben Mendelsohn, Alan Tudyk, Diego Luna, Forest Whitaker, Donnie Yen, Riz Ahmed, Jonathan Aris və Atilla Kerekes canlandıracaqlar. "Rogue One: A Star Wars Story" filminin premyerası 15 Dekabr 2016-cı il tarixinə planlaşdırılır.




DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×