Davosdakı çıxışında Jack Ma, kiçik sahibkarlar barədə maraqlı təklif irəli sürdü

Davosdakı çıxışında Jack Ma, kiçik sahibkarlar barədə maraqlı təklif irəli sürdü

Elektron Ticarət
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Alibaba Group”un təsisçisi Jack Ma, Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumda çıxışı zamanı maraqlı təklif edib.

Belə ki, Jack, kiçik biznes və sahibkarlar üçün Ümumdünya Ticarət Təşkilatının (WTO) analoqu ola biləcək Beynəlxalq Ticarət Platformasının (EWTP) yaradılmasını təklif edib. Onun fikrincə WTO maraqlı təşkilat olsa da o ilk öncə inkişaf etmiş ölkələr və böyük şirkətlər üçün yaradılmışdır. O bildirib ki, kiçik biznes bu birləşmədən heç bir fayda ala bilmir. "Cavan insanları, kiçik sahibkarları dəstəkləmək üçün biz EWTP-nin yaradılmasını təklif edirik. Beləliklə onlar smartfondan, internetdən istifadə edərək dövlət sərhədlərindən asılı vəziyyətdə qalmayaraq məhsulları ala və ya sata bilərlər” – deyə Jack Ma öz çıxışında bildirib. O bu təklifini onunla izah edir ki, WTO-ya daxil olan 200 ölkənin rəhbərliyi çətinki ortaq məxrəcə gələ bilsin. Onun fikrincə biznes, kiçik sahibkarların vasitəsilə yaradılmalıdır. O inanır ki, EWTP, sahibkarlara, lazım olanı müzakirə edib ortaq məxrəcə gələndən sonra dövlət dəstəyinin alınmasına şərait yarada bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Bu qarğıdalı cipsi internetdə 100 min dollara satıldı!

eBay üzərində keçirilən bir auksion, hədəfləri aşaraq hərkəsi heyrətləndirdi. Adi bir qarğıd..


Selfie ilə ödəniş dövrü başladı

Mastercard, 2016-nın ikinci yarısında, Selfie Pay adını verdiyi, biometrik idarə prosesli bir ödəni..


Ebay , Aliexpress saytlarında alış-verişə hansı halda vergi tətbiq olunur..

Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergi..


Elektron ticarətə və xarici ödənişlərə tətbiq olunacaq ƏDV təsdiqləndi..

  Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq..


Google Wallet yenidən dizayn edildi

\"Google”un rəqəmsal pul kisəsi servisi Google Wallet, daha praktiki və gözəl bir dizayn təkli..


Alipay artıq dünyanın ən böyük online və mobil ödəniş sistemidir

Çinli \"Alibaba qrupun\" online və mobil ödəniş sistemi Alipay, 450 milyon istifadəçiyə ça..