main-post-cover

    Daxilində minlərlə il ərzində enerji istehsal edən nüvə batareyaları yaradılıb (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bristol Universitetinin mütəxəssisləri nüvə batareyalarının prototipini yaradıblar.

    Həmin batareyalar güclü enerji tələb etməyən cihazları minlərlə il boyunca enerji ilə təmin etməyə qadir olacaqlar. Bununla belə radiasiya və zərərli maddələrin yayılması ehtimalı sıfıra bərabərdir. Nüvə batareyasının daxilində süni brilliant yerləşir. O, radioaktiv sahəyə yerləşdiriləndən sonra orta güclü elektrik cərəyanı yaradır. Radioaktiv şüalanma mənbəyi kimi alimlər nikel-63-dən istifadə ediblər. Lakin onu karbon-14 ilə əvəz etdikdə izotop, cihazın iş effektivliyini qaldıracaq. Karbon-14 əsaslı batareyanın enerjisinin yarısı isə 5730 ildən sonra bitəcək. Sözügedən nüvə batareyalarında hərəkətdə olan hissələr yoxdur.
     
     
    Yəni onlar çalışan zaman onlara xüsusi qulluq etməyə ehtiyac qalmır. Batareyalar heç bir radioaktiv şüalanmalar ifraz etmir və atmosferə heç bir mənfi təsir göstərmir. Radioaktiv izotoplar süni brilliantın daxilində sanki kapsul daxilindəymiş kimi qalırlar. Məhz bunun hesabına uzun müddətlik təmiz enerji alınır. Nüvə batareyalarını tibb sahəsində insan bədəninə yerləşdirilən cihazlarda, pilotsuz uçuş aparatlarında və kosmik gəmilərdə istifadəsi planlaşdırılır. Ümumiyyətlə bu batareyaları yüksək enerji tələb etməyən hər bir cihazda istifadə etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər