main-post-cover

    "Deadpool 2" filmi rəsmi şəkildə anons olunub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Öz böyük olmayan büdcəsi ilə "Deadpool” filmi R reytinqli filmlər arasında ən gəlirlisi olmağı bacarmışdır. Buna görə də filmin davamının anonsu sadəcə vaxt söhbəti idi. Fox studiyası isə rəsmi olaraq "Deadpool 2” filmini anons edib. İkinci film üzərində birinci filmi yaratmış komanda çalışacaq. Ssenarini yenidən Rhett Reese və Paul Wernick hazırlayacaqlar. Rejissor qismində isə yenidən Tim Miller iştirak edəcək. Təbii ki, Deadpool rolunu bu dəfə də Ryan Reynolds canlandıracaq. Süjet xətdi hələki sirr olaraq qalsa da birinci filmin sonunu izləmiş insanlar artıq bilirlər ki, ikinci filmdə mənfi obrazda kim olacaq. "Deadpool” filminin dünya üzrə gəliri artıq 800 milyon dollara yaxındır. Fox studiyası "Deadpool 2” filminin premyera tarixini açıqlamayıb. Lakin bir neçə müddət bundan öncə studiya Marvel əsasında çəkiləcək filmlərin premyera tarixlərini açıqlamışdır (6 Oktyabr 2017-ci il 12 Yanvar 2018-ci il 13 İyul 2018-ci il). Çox güman ki, bu premyera tarixlərindən biri məhz "Deadpool 2” filminə aiddir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər