main-post-cover

    Deck13 Interactive yeni oyun üzərində çalışır

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Deck13 İnteractive studiyası Focus Home Entertainment şirkəti ilə birgə yeni oyun üzərində çalışır. Verilən məlumata görə oyun elmi-fantastik janrlı RPG (Role-Playing-Game) olacaq. Bundan əlavə oyunda müasir döyüş mexanikası və personajın özünüinkişaf sistemi olacaq. 
    "Biz çox şadıq ki, Focus Home İnteractive şirkəti ilə bir yerdə yenidən çalışırıq. Keçən illər ərzində Focus komandası sübut etdi ki, Avropada istehsal olunan oyunların marketinqində uğurlu nəticələr əldə edə bilir. Bizim əvvəlki böyük proyektimizdən sonra (Lords of the Fallen) Deck13 yeni oyunu hazırlamağa başlayır. Biz faydalı təcrübə qazandıq və oyunçulara yeni imkanlar vermək istəyirik" - deyə Deck13 studiyası bildirib. Focus Home Entertainment şirkətinin baş meneceri Cedric Lagarrigue bildirib ki, onlar studiyanın uğuruna şüphə etmirlər və inanırlar ki, Deck13 son zamanların ən maraqlı və dinamik RPG oyunlarından birini yaradacaq. Hələki adı bilinməyən oyun 2017-ci ildə PC, PS4 və Xbox One üçün satışa çıxacaq. Yeni oyunun anonsu ilə əlaqədar olaraq studiya oyunun ilk konsept-art şəklini paylaşıb.
    Deck13 Interactive yeni oyun üzərində çalışır

    Linki kopyala