main-post-cover

    DeepMind, süni zəka üzərində işləyən kiçik bir ordu qurur

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Google”, 2014-cü ildə DeepMind-ı satın alaraq gələcək üçün çox vacib bir investisiya etmişdi və Deep Mind-ın yol xəritəsi şirkətin fasiləsiz olaraq böyüyəcəyinə işarət edir.

    Demis Hassabis, Mustafa Suleyman Shane Legg tərəfindən 2010-cu ildə qurulan Deep Mind, bildiyiniz kimi süni zəka texnologiyalarında sərhəd tanımayan işlər görən bir şirkətdir. "AlphaGo” ilə səsini bütün dünyaya duyursa da xüsusilə "Google” tərəfindən satın alındıqdan sonra həm etdiyi tədqiqatların sayını həm də etibarını olduqca artırmış vəziyyətdədir. Bu irəliləmənin arxasında da əlbəttə "Google”un dəstəyi və Deep Mind-ın istedadlı işçi sayını artırmağı dayanır.
    The Economist-in paylaşdığı məlumatlara görə DeepMind-ın hazırda 400 nəfər əhatəsində olan işçi sayının irəlidəki 1-2 ildə 1000-ə çıxması gözlənilir. Websaytında işçi sayının 2.5 ildə 70 şəxsdən 350 şəxsə çatdığı məlumatına yer verilir və DeepMind-ın işçi sayının 1 ildən qısa müddətdə 200 olduğu bilinir. Londonda yerləşən şirkət, Facebook da daxil olmaqla Oxford Cambridge kimi universitetlərdən də istedadlı şəxsləri taparaq bu böyüməni daimi olaraq davam etdirmək istəyir.

    DeepMind niyə "Google”un təklifi ilə razılaşdı?

    Əlbəttə "Google”un Deep Mind-ın baxış bucağına təsirindən də danışmaq lazımdır.DeepMind qurucu ortaqlarından Mustafa Süleyman, TechCrunch Disrupt konfransında bu mövzuya aydınlıq gətirmiş və 4-5 il boyunca pul qazanmadan ayaqda qala biləcək olmalarına baxmayaraq "Google”un təklifi ilə razılaşdıqlarını paylaşmışdı. Bu müsbət cavabın səbəbini "Google”un sahib olduğu savadlı işçilərin və Google məhsullarından istifadə haqqının onlara qatacağı üstünlüklər ilə açıqlamışdı. "Google”un bir milyard istifadəçiyi ötən 5 ədəd məhsulu olduğunu (Gmail və digərləri) deyən Mustafa Süleyman, bunun özləri üçün ölçülə bilirlik mənasında böyük bir fürsət təklif etdiyini də əlavə etmişdi.
    Xülasə, DeepMind-ın hər il qatlanaraq böyüməyi hədəflədiyini demək mümkündür. Sözügedən"süni zəka” sahəsi barədə məlumatlı şəxslərin sayının limitli və bu sahəninvacib olduğu bir sahə olduğunu düşünəsi olsaq, bu böyümənin vacibliyi daha dəqiq başa düşülə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər