Reklam
Dəlilik olaraq bilinən Öz-Özünə danışmağın insan həyatına olan faydaları

Dəlilik olaraq bilinən Öz-Özünə danışmağın insan həyatına olan faydaları

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Adətən insanların yüksək səslə düşünməsi və ya öz-özünə danışması bir növ psixi pozğunluq kimi görünsə də əslində yüksək səslə düşünmənin bir çox faydası var imiş.

Bir təcrübədə, könüllülərə 20 fərqli şəkil göstərilib və içlərindən müəyyən birini (alma, çörək kimi) axtarmaqları deyilmişdi. Könüllülərin yarısı o əşyanı axtararkən bir tərəfdən də əşyanın adını yüksək səslə təkrar etsələr də, digər qrup isə səssizcə o əşyanı axtarıblar. Təcrübə nəticəsində 1-ci qrup, 2-ci qrupa nisbətən əşyanı daha sürətlə tapıb. Bir şeyləri yüksək səslə demək yaddaşı canlandırır. Söz yaddaşını gücləndirir və daha sürətli xatırlamağa kömək edir.


Yüksək səslə danışmaq ancaq bildiyin şeyləri axtararkən işə yarayar. Yəni yüksək səslə danışaraq bir şey axtarmaq ümumi olaraq insanlar üçün daha asandır amma, əgər nə axtardığınızı bilmirsinizsə yüksək səslə təkrar etmək sadəcə ağlınızı qarışdırar.


Uşaqlıq vaxtımızdan bəri öz-özümüzə danışırıq. Öz-özünə danışmaq uşaqlara davranışlarını yönləndirməkdə kömək edir. Məsələn ayaqqabı bağlayarkən necə edəcəklərini addım-addım ağıllarından keçirərək məsələyə fokuslanırlar. Ətrafınızdakı kiçik uşaqları fikirləşin, oyun oynayarkən, paltar geyinərkən öz-özlərinə danışdıqlarını görmüş olmalısınız. Kiçik bir uşaq oyuncaq maşınları ilə oynayarkən, "bu maşın burdan keçə bilər ancaq bu kamaz bura yerləşməyəcək qədər böyükdür” kimi öz-özünə danışarkən, əslində o kamazın ordan keçib-keçməyəcəyini ağlında canlandırmağa çalışır. Biri onlardan bir şey istədiyində, o şeyi təkrar etməklərinin səbəbi daha yaxşı qavramaqdır. Eyni şəkildə yetişkin birindən bir söz soruşduğunuz zaman, sualı təkrar etməsi vaxt qazanmaq üçün deyil (buna görə də ola bilər, təbii ki), uşaqlıqdan gələn alışqanlığıdır. Sualı yüksək səslə təkrarlayaraq, eyni anda həm sualı düzgün başa düşüb-düşmədiyindən əmin olub həm də sözləri beynində canlandıraraq cavabı daha asan tapa bilir.

Öz-özünüzə danışmaq vacib və çətin qərarlar almağınızı asanlaşdırır. Düşüncələri dəqiqləşdirib hadisələrə fərqli tərəflərdən baxmağınıza kömək edər. Qərar mərhələsində birisi ilə məsləhətləşdikdə mənfi fikir bildirərsə hirslənə bilər ya da o bu mövzunu bilmir deyə düşünüb fikrini ciddiyə almaya bilərsiniz. Amma eyni hadisəni özünüz ilə müzakirə etsəniz, vəziyyətin neqativ tərəflərini düşündüyünüzdə əsəbləşmək yerinə daha obyektiv baxarsınız.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×