"Delivery Hero", "FoodPanda"nı satın aldı
Digər
07.05.2017
Farid Pardashunas
Dünyanın 33 ölkəsində yemək çatdırılmaları həyata keçirən "Delivery Hero Holding GmbH", "Rocket Internet SE"-yə məxsus olan "FoodPanda"nı satın aldı.
2011-ci ilin May ayının 11-də İsveçdə qurulan "Delivery Hero", hazırda aralarında Küveyt, Səudiyyə Ərəbistan, Qatar, Omam, BƏƏ kimi Asiyanın 33 ölkəsini əhatə edən geniş bir şəbəkəyə malikdir.
"Foodpanda" yarandığı gündən bu günə qədər 318 Milyon dollar investisiya toplayıb. Son olaraq "Goldman Sachs"dan 100 Milyon dollarlıq F seriya investisiya alan "FoodPanda", 1.33 Milyard dollara "Delivery Hero" tərəfindən satın alındı.
"FoodPanda" satınalması "Delivery Hero"ya xüsusilə Avropa və Asiyadan 20-dən artıq ölkəni öz platformasına əlavə etməsinə şərait yaradacaq.
Baxaq görək razılaşmanın digər detalları haqqında nə kimi məlumatlar mediaya ötürüləcək və satın alma "Delivery Hero"ya nə qədər gəlir gətirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı